Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
18 Noyabr 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
410
16.05.2025, 14:38
"Mehriban Ələkbərzadə, sənə verdiyim 24 saat artıq başa çatdı. Növbəti dəfə sübut etdin ki, şəhid qızından üzr istəməyi özünə əskiklik hesab edəcək qədər təkəbbürlü, hikkəli və dediyin sözün məsuliyyətini isə dərk etməyən birisən"...
Bu sözləri tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarova paylaşımında qeyd edib.
Onun sözlərinə görə, mədəniyyət naziri ilə görüşdən sonra Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə aktrisa həmkarı Məsmə Aslanqızını təhqir edib:
"Cənab Nazir Adil Kərimli kollektivimizlə görüş keçirdikdən dərhal sonra, iclas bitər-bitməz, hələ onun istifadə etdiyi ətirin qoxusu teatrdan getməməmiş, Mehriban Ələkbərzadə bütün aqressiyasını şəhid qızı Məsmə Aslanqızının üzərinə tökərək onu və mərhum atasının qəbrini, gorunu ağıza alınmayacaq, bura yazılması mümkün olmayan vulqar ifadələrlə təhqir edib. İndidən Mehriban Ələkbərzadənin havadarlarına demək istəyirəm: Boş yerə özünüzə əl qatmayın ki, "şər və böhtan atırsınız". Çünki hadisənin canlı şahidləri, kamera görüntüləri var. Hadisə ilə bağlı rəsmi şəkildə lazımı yerlərə məlumat verilib.
Mehriban Ələkbərzadə kollektivimizi "it-pişik", "çör-çöp", "alaq otları", "az komedixana", "qudurğan", "peşə əxlaqsızları" və "insani əxlaqsızlar" kimi alçaldıcı sözlərlə təhqir edir, "20 Yanvar şəhidləri dəbdə deyil" deyəcək qədər həddini aşır, amma buna baxmayaraq hələ də vəzifəsində qalır. Sual olunur: bu toxunulmazlıq ona haradan gəlir? Ona deyiblər ki, get "AzDrama"nın başına hansı oyunu istədiyrsənsə gətir? Qanımızı içsin? Unudur ki, aldığı maaş bizim səhnədəki əziyyətimiz sayəsindədir. Biz həm işimizi görürük, həm də onun təhqirlərinə dözürük. Bu, nə vicdana, nə ədalətə sığır! Etnogenetik mərkəzi Mehriban Ələkbərzadəni bir araşdırsın, görək bu şəxsin şəhid ailələri ilə nə dərdi, nə problemi var.
Təhsil Nazirliyi “hinduşkabaş” deyən bir direktoru işdən azad etdiyi halda, canlı şahidlərin və kamera görüntülərin olmasına rağmən şəhid ailəsinə qarşı bu qədər açıq, ağır təhqirlərə yol verən bir bədii rəhbərin hələ də vəzifəsində qalması təəcüblü deyilmi?
Artıq bir aydır ki, teatrımızın nüfuzuna xələl gəlməməsi naminə susuram. Bu məsələni ictimailəşdirməyimin əsas səbəbi ondan ibarətdir ki, cənab Prezident dəfələrlə çıxışlarında bildirib: dövlət məmurları bir çox həqiqətləri ondan gizlətdiyi üçün ictimai nəzarət güclü olmalıdır. İnanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq".
19:26 / 18 Noyabr 2026
9
19:19 / 18 Noyabr 2026
36
19:15 / 18 Noyabr 2026
50
19:08 / 18 Noyabr 2026
70
18:50 / 18 Noyabr 2026
66
18:45 / 18 Noyabr 2026
85
18:37 / 18 Noyabr 2026
88
18:33 / 18 Noyabr 2026
65
18:22 / 18 Noyabr 2026
84
18:17 / 18 Noyabr 2026
94
18:11 / 18 Noyabr 2026
105
18:05 / 18 Noyabr 2026
95
18:00 / 18 Noyabr 2026
93
17:51 / 18 Noyabr 2026
86
17:49 / 18 Noyabr 2026
91
17:45 / 18 Noyabr 2026
98
17:25 / 18 Noyabr 2026
112
17:20 / 18 Noyabr 2026
116
17:20 / 18 Noyabr 2026
127
17:11 / 18 Noyabr 2026
356
17:05 / 18 Noyabr 2026
112
16:52 / 18 Noyabr 2026
303
16:45 / 18 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.