Umummilli lider Heydər Əliyevin Aforizmləri
17 Dekabr 2025, 07:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1754
14.05.2025, 15:37
İmişlidə 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılması barədə məlumat vermişdik.Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.
SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.
Tədbiri SSRİ bayrağı fonunda sinəsinə rus imperiyasının rəmzi olan “Georgi lenti” taxmış Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov təşkil edib.
Oxu24.com Saleh Səmədov barədə ilginc məlumatlar əldə edib.
O,1962-ci ildə İmişlinin Qaralar kəndində anadan olub.Kənd məktəbini bitirən Saleh Azərbaycan Xalq Təsərrüfatı İnistutunu və Azərbaycan Respublikası Prezidenti Yanında İdarəetmə Akademiyasının məzunudur.
AXC-Müsavat cütlüyü hakimiyyəti dövründə O,Bakı Bazarlar İdarəsinin rəisi olub.
Vəzifə tutmaq,hakimiyyət olimpinə dırmaşmaq onun bir növ əsas qayəsi olub.
Həmin dövrdə AXC-nin əsas fiqurlarından sayılan Saleh Səmədov o zamanki daxili işlər naziri İsgəndər Həmidova yaxınlığı ilə seçilib.
AXC hakimiyyəti süqut edən kimi Qoqolun “Müfəttiş” əsərində olduğu kimi Saleh paqonunu digər tərəfini çevirib və YAP sıralarında təmsil olunmağa başlayıb.
Mühüm vəzifələr tutubmuş...
Daha sonra O,Bakı Baş Ticarət İdarəsinin rəis müavini,Səbail Rayonu Ticarət və İaşə İdarəsinin rəisi,Nərimanov Rayon Ticarət Departamentinin rəisi,Bakı şəhər Ekspertiza və Sertifikatlaşdırma İdarəsinin rəisi,İmişli Məşğulluq Mərkəzinin direktoru,İmişli və Naftalan rayonlarında İcra Hakimiyyəti başçısının müavini kimi mühüm vəzifələrdə çalışıb.
2003-cü ildə Saleh Səmədov “Araz” MMC-ni təsis edib. ”Araz” MMC-nin tərkibinə “İmişli Konservləşdirilmiş şirələr və spirtli işçilər” zavodu,”Kral” şadlıq sarayı,İmişli və Kürdəmir rayonları ərazisində hektarlarla nar bağları,istixanalar və s. daxildir.
Həmçinin oxuyun
Oxu24.com belə bir məlumat əldə edib ki, Saleh Səmədovun hazırda istifadəsində olan vatsap nömrəsi Rusiyaya məxsus “Beline” mobil telefon şəbəkəsinə məxsusdur. Sosial şəbəkələrdə yazılan şərhlərdə onun Rusiyanın məxfi agenti olduğu iddia olunur.
Saleh Səmədovun rəis oğlu...
Saleh Səmədovun oğlu Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şabranda yerləşən Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisidir.
Saleh Səmədovun qardaşları ilə bağlı isə saytımız təzadlı informasiyalar əldə edib.
Onun böyük qardaşı Əziz Səmədov başqasının mənzilini dələduzluq yolu ilə satdığına görə,5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda ƏN PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
Digər qardaşı Sahib Səmədov barədə isə anoloji əməllərə görə,İmişli və Saatlı Rayon Polis Şöbələrində təhqiqat aparılır.
Kiçik qardaşı Vahab Səmədov isə pis vərdişlərdən əziyyət çəkir.
Rusiyada nəhəng biznes imperiyası...
Saleh Səmədovun biznes imperiyası Rusiyanın Şimali Qafqaz ərazisində də kök atıb. Onun Eesentuki və Kislovodsk şəhərlərində də “Starıy Baku” restoranlar şəbəkəsi və “İstok” sanatoriyası və un dəyirmanları fəaliyyət göstərir.
Saleh Səmədov əslən İmişlidən olan iş adamı Vüqar Qasımovla və Aslan Manafovla şərikli Bakı şəhəri,Cəlil Məmmədquluzadə küçəsində göydələn inşa edən “Pilot” MTK-nın şəriklərindən biridir.
Oxu24.com iddialarla bağlı Saleh Səmədovla əlaqə saxlayıb.
Suallarımızı eşidən Saleh Səmədov işimizlə məşğul olmağı bizə məsləhət gördü.
Miri Məcidli
07:45 / 17 Dekabr 2025
31
07:38 / 17 Dekabr 2025
27
01:40 / 17 Dekabr 2025
81
01:15 / 17 Dekabr 2025
75
00:55 / 17 Dekabr 2025
72
00:36 / 17 Dekabr 2025
91
00:32 / 17 Dekabr 2025
99
00:24 / 17 Dekabr 2025
146
23:40 / 16 Dekabr 2025
1230
23:04 / 16 Dekabr 2025
1228
22:25 / 16 Dekabr 2025
105
22:19 / 16 Dekabr 2025
630
22:05 / 16 Dekabr 2025
121
20:53 / 16 Dekabr 2025
1413
20:13 / 16 Dekabr 2025
867
20:07 / 16 Dekabr 2025
355
20:05 / 16 Dekabr 2025
347
19:58 / 16 Dekabr 2025
184
19:53 / 16 Dekabr 2025
134
18:06 / 16 Dekabr 2025
3223
17:55 / 16 Dekabr 2025
136
17:51 / 16 Dekabr 2025
139
17:39 / 16 Dekabr 2025
7295
17:35 / 16 Dekabr 2025
172
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.