Bu yazıçılar Nazirlikdən pul alacaq -Siyahıda Kəramət də var
13 Dekabr 2025, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
573
14.05.2025, 10:22
Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər təsdiqlənib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyri-rezident fiziki şəxslərə dair tələblərə gəlincə, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslər Azərbaycan ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.
Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan qeyri-rezident fiziki şəxslər qiymətləndirici ola bilməzlər.
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən qeyri-rezident fiziki şəxslər akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına “İnzibati icraat haqqında” qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada ərizə (əlaqə məlumatları göstərilməklə) təqdim edirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport, şəxsiyyət vəsiqəsi və s.) surəti;
- biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə;
Həmçinin oxuyun
- qeyri-rezident fiziki şəxsə xarici ölkədə verilmiş aşağıdakı sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti:
- ali təhsil haqqında sənəd (diplom);
- 3 illik iş stajına malik olmasını təsdiq edən sənəd;
- məhkumluq barədə sənəd;
- qeyri-rezident fiziki şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi haqqında sənəd;
- qeyri-rezident fiziki şəxsə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənəd.
Qeyri-rezident fiziki şəxsin müraciətinə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar qeyrirezident fiziki şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi qeyri-rezident fiziki şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya qeyri-rezident fiziki şəxs tərəfindən təmin edilir.
Akkreditasiya olunmaq üçün qeyri-rezident fiziki şəxslərin müraciəti, sənədlərin və ya məlumatların tamlığı akkreditasiya orqanı tərəfindən 3 gün müddətində yoxlanılır (bu Qaydanın 4.3-cü bəndinin tələbləri nəzərə alınmaqla) və təsdiq edildikdən sonra qeyri-rezident fiziki şəxsin müraciəti qeydə alınır.
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.