Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazilərdə güclü külək əsib

Bu ərazilərdə güclü   külək       əsib

CƏMİYYƏT

264

12.12.2024, 10:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sarı xəbərdarlığa uyğun olaraq arabir cənub-qərb küləyi Daşkəsəndə 23 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.