Bu rayonlarda yaşayanlara küləklə bağlı XƏBƏRDARLIQ
21 Noyabr 2026, 16:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
669
10.12.2024, 15:20
Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır.
Oxu24.com xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır:
"Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib. Çünki təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq.
Bir müəllimin və məktəbin belə fəaliyyətini bütün təhsil ocaqlarına şamil etmək düz yanaşma deyil. Söhbət bir məktəbdən gedirsə, təbii ki, nəticə barədə ictimaiyyətə məlumat verilir. Hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda, bunu təsdiq etmək çətindir. Bu halda cəza tədbiri görüləndə, direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyinin kimisə işdən çıxarmaq mövqeyi yoxdur".
17:08 / 21 Noyabr 2026
1
16:45 / 21 Noyabr 2026
33
16:39 / 21 Noyabr 2026
93
16:26 / 21 Noyabr 2026
156
16:20 / 21 Noyabr 2026
93
16:05 / 21 Noyabr 2026
84
16:00 / 21 Noyabr 2026
111
15:49 / 21 Noyabr 2026
112
15:48 / 21 Noyabr 2026
87
15:36 / 21 Noyabr 2026
120
15:35 / 21 Noyabr 2026
93
15:32 / 21 Noyabr 2026
109
15:30 / 21 Noyabr 2026
222
15:29 / 21 Noyabr 2026
88
14:55 / 21 Noyabr 2026
102
14:50 / 21 Noyabr 2026
122
14:35 / 21 Noyabr 2026
636
14:28 / 21 Noyabr 2026
95
14:20 / 21 Noyabr 2026
116
14:19 / 21 Noyabr 2026
111
14:05 / 21 Noyabr 2026
128
14:00 / 21 Noyabr 2026
141
13:34 / 21 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.