Şuşada yaralanmış qazimiz sağaldı - FOTO
21 Noyabr 2026, 18:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4824
08.12.2024, 11:28
Azərbaycanda yaşayan məşhur türk blogger Ogün Özdemir "Kontakt home"dan şikayətçidir.
Blogger bu barədə Oxu24.com-a özü məlumat verib.
Şikayətçi bildirib ki, "Kontakt home"dan bir məhsul alıb və 24 saat keçmədən aldığı məhsulda problem olduğunu görüb. Həmin məhsulu geri qaytarmaq istəsə də problemlə üzləşib.Ogün Özdəmir bildirib ki,artıq məsələ ilə bağlı polisə şikayət edib.
“Aldığım məhsulu 2 saat işlətdim. Gördüm ki, batareyası 95 faizdən 10 faizə düşüb. Məhsulu aldığım "Kontakt Home"un Sahil metrosunun çıxışında yerləşən filiala getdim.Orada məhsula baxdılar və məhsulun servisə gedəcəyini bildirdilər.Azərbaycanda "Apple" şirkətinin rəsmi servisi olmadığını bildirdim onlara.Onlarsa,məhsulunu özlərinin servislərinə göndərdilər.Özlərinin servisi məhsulda heç bir problemin olmadığını bildirdilər.Problem göz qarşısında olduğu halda "Kontakt Home"un öz servisi yalan rəy verdi.Mən "Kontakt Home"un bu qanun pozuntusu ilə bağlı Türkiyə Səfirliyinə və İqtisadiyyat Nazirliyiə şikayət etmişəm. "Kontakt home"u məhkəməyə də verirəm. Təzminatımı alacam.
Mən, "Kontakt home"un öz ofisinə də şikayət etmək üçün getdim. Mənə dedilər ki, bəlkə zavoddan problemli gəlib. Siz, onu öz batareya aləti ilə şarj edin.
Mən bu məsələni ictimailəşdirəcəm. Bu məsələnin ardınca gedəcəm,” -deyə o bildirib.
Bəs "Kontakt Home" kimindir?
Sözgügedən şirkətin rəhbəri hazırda deputat olan Elnur Allahverdiyevdir.Milli Məclisin üzvü olan Elnur Allahverdiyev Marat Allahverdiyevin oğludur.
Elnur Allahverdiyev uzun müddət “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir.
Nigar
18:19 / 21 Noyabr 2026
1
18:18 / 21 Noyabr 2026
23
17:54 / 21 Noyabr 2026
90
17:43 / 21 Noyabr 2026
624
17:30 / 21 Noyabr 2026
82
17:17 / 21 Noyabr 2026
89
17:16 / 21 Noyabr 2026
131
17:08 / 21 Noyabr 2026
121
16:45 / 21 Noyabr 2026
98
16:39 / 21 Noyabr 2026
125
16:26 / 21 Noyabr 2026
228
16:20 / 21 Noyabr 2026
124
16:05 / 21 Noyabr 2026
105
16:00 / 21 Noyabr 2026
150
15:49 / 21 Noyabr 2026
141
15:48 / 21 Noyabr 2026
108
15:36 / 21 Noyabr 2026
139
15:35 / 21 Noyabr 2026
108
15:32 / 21 Noyabr 2026
127
15:30 / 21 Noyabr 2026
525
15:29 / 21 Noyabr 2026
111
14:55 / 21 Noyabr 2026
129
14:50 / 21 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.