Qaynar xətt:

(+99450) 247 90 86

Bu prospektdə əsaslı təmir işləri sürətlə davam etdirilir - VİDEO

Bu prospektdə əsaslı təmir işləri sürətlə davam etdirilir - VİDEO

CƏMİYYƏT

357

01.08.2024, 11:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.

Oxu24.com xəbər verir ki, paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikilməsi işləri yerinə yetirilir. 

Qeyd olunan işlər yüksək keyfiyyətlə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində, həmçinin sözügedən layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsində yerinə yetirilərək yekunlaşdırılıb. Artıq hər iki hissə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

Hazırda əsaslı təmir işləri prospektin Xəqani Rüstəmov küçəsi-Zığ Dairəsi hissəsində davam etdirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2-3.5 metr enində yeni piyada səkilərinin tikintisi, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri icra olunur. Anoloji işlər prospekt boyunca yol ayrıcında da aparılır. Yol ayrıcı zolağın eni ərazidən asılı olaraq 2-2.4 metr arası dəyişir.

Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni 8 zolaq (4+4) saxlanılmaqla 3 metr enində (1.5 m gediş, 1.5 m gəliş) ayrılmış velosiped zolaqları (10 km) salınır, velosiped yolları eni 2.4 metr olan ( 1.2 m gediş, 1.2 m gəliş) “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.

Artıq prospektdə təmir-tikinti işləri çərçivəsində 32 min kv.m yeni səki daşı düzülüb, səki, ayrıcı zolaq və bufer zonada 25 min kv.m bəzək daşı (tamet) döşənib, 2 min kv.m velosiped zolağı tikilib, 170 kommunikasiya xətlərinin baxış qapağı və səth sularının ötürülməsi üçün yağış barmaqlığı quraşdırılıb.

Agentlik tərəfindən hazırda uzunluğu 2.2 km olan prospektin Sadıqcan küçəsi-Zığ Dairəsi hissəsində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamət üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətdə, yəni Zığ Dairəsi-Sadıqcan küçəsi hissəsində də asfaltlanma işlərinin icrasına başlanılacaq.

Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır. Hazırda prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülür.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

16:02 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

109

0
Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

15:41 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

106

0
Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

15:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

135

0
Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

15:36 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

838

0
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

15:34 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

394

0
2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

15:29 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

100

0
Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

15:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

136

0
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

15:10 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

126

0
Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

15:03 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

147

0
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

14:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var 

102

0
"Arzulayırdın ki, səndən bütün saytlar yazsın" 

14:20 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Arzulayırdın ki, səndən bütün saytlar yazsın" 

154

0
Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib 

14:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib 

162

0