Qaynar xətt:

(+99450) 247 90 86

İtkin düşən autizm xəstəsi olan azyaşlı tapıldı (YENİLƏNİB)

İtkin düşən autizm xəstəsi olan azyaşlı tapıldı (YENİLƏNİB)

CƏMİYYƏT

390

25.07.2024, 13:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb.

Azyaşlı ailəsinə təhvil verilib.

***10:35

 

Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.

Oxu24.com xəbər verir ki, Biləcəri qəsəbəsində yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Məmmədov Mehman ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.