Qaynar xətt:

(+99450) 247 90 86

Qaz olmayacaq

Qaz olmayacaq

CƏMİYYƏT

326

09.07.2024, 09:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Bakının 5 rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə  Oxu24.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal, Binəqədi, Səbail, Xətai və Xəzər rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Parlament prospekti, M.Müşviq, N.Nərimanov, Ə,Ələkbərov, A.Sultanova, İ.Qutqaşınlı, H.Cavid, A.Ağayev, S.Dağlı, G.Əsgərov, M.Rahim, Ə.Xanbabayev, K.Kazımzadə küçələri), Binəqədi rayonunun (N.Nərimanov, S.S.Axundov, Ş.Məmmədova, Ə.Rəcəbli, 3126-cı məhəllə, "Union Park" yaşayış kompleksi), Səbail rayonunun (Badamdar qəsəbəsi, 60-cı küçə və İçərişəhər), Xətai rayonunun (M.Hadi, X.Məmmədov, R.Məmmədov küçələri və Əhmədli kəndi) və Xəzər rayonunun (Türkan Üzümçülük və Bağlar yaşayış massivləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.