Piyada gəzməyin faydaları
24 Noyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
337
08.07.2024, 09:30
"Xanax" və digər benzodiazepinlər uzun müddətdə beynin kiçilməsinə səbəb ola bilər.
"Live Science"ə istinadla xəbər verir ki, bu maddələr narahatlıq pozğunluqlarını müalicə etmək üçün istifadə olunur .
Benzodiazepinlər ümumiyyətlə yuxusuzluq, narahatlıq və nöbet pozğunluqlarını müalicə etmək üçün təyin olunan sedativ dərmanlardır. Onlar mərkəzi sinir sisteminin, yəni beyin və onurğa beyninin fəaliyyətini boğurlar. O, insanın əhval-ruhiyyəsini yaxşılaşdıra, əzələ spazmlarını aradan qaldıra, həmçinin yuxusuzluğa son qoya bilər.
"Xanax" da daxil olmaqla bu dərmanlar yüksək dərəcədə asılılıq yaradır və əvvəlki tədqiqatlar göstərib ki, uzunmüddətli istifadə yaddaş və hərəkət problemləri riski daşıyır. Buna görə də, onların mümkün olan ən aşağı dozada və ən qısa müddətdə, adətən iki-dörd həftə ərzində istifadə edilməsi tövsiyə olunur. Benzodiazepinlər təyin olunan xəstələrin 6% -dən 15% -ə qədəri bu dərmanları altı aydan çox qəbul edir.
Hollandiyadan olan beş min insan üzərində aparılan yeni bir araşdırmada tədqiqatçılar uzunmüddətli benzodiazepin istifadəsi zamanı diqqətli olmağa əsas verən başqa bir səbəb tapıblar. Onlar müəyyən ediblər ki, bu dərmanlar beynin iki sahəsinin - hipokampus və amigdalanın həcmində yaşa bağlı təbii enişi sürətləndirə bilər. Birincisi yaddaşın formalaşmasına, ikincisi isə duyğulara cavabdehdir. Benzodiazepin qəbul edənlərin demans inkişaf etdirmə ehtimalı daha yüksək olub.
Benzodiazepinləri yuxu dərmanı kimi qəbul edən iştirakçılar, narahatlığı müalicə etmək üçün qəbul edənlərə nisbətən ağ maddənin həcmini daha tez itiriblər.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.