Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə bayrağına hücum edən daha bir şəxs ələ keçirildi -FOTO

Türkiyə bayrağına hücum edən daha bir şəxs ələ keçirildi -FOTO

CƏMİYYƏT

320

07.07.2024, 11:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Suriyanın şimalında Türkiyə bayrağına qarşı təxribat törədən daha bir şəxs yaxalanıb.

OXU24.COM  xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) apardığı işlər nəticəsində Türkiyə bayrağına hücum edən qruplaşma arasında yer alan Əli Almohamed Alhac Hasan Hammade Suriya Milli Ordusu (SNA) tərəfindən saxlanılıb.

"Etdiklərimə görə şərəfli türk xalqından üzr istəyirəm", - o deyib.

Xatırladaq ki, iyunun 30-da Kayseri və bəzi vilayətlərdə qaçqınlara qarşı baş verən hadisələrdən sonra Suriyanın şimalında Türkiyəni hədəf alan təxribatlar baş vermişdi.

Həmin təxribatları törədənlər bir-bir tutulur. Daha öncə də bir neçə şəxs saxlanılaraq Türkiyəyə gətirilib.