Piyada gəzməyin faydaları
24 Noyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
01.07.2024, 15:28
Cari ilin iyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada yayılan məlumatlar əsasında araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib k, araşdırmalarla, göstərilən ərazidə ümumilikə 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin, həmin ərazidə 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları üzrə mediada yayılan məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb və Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxil işlər orqanlarına göndərilib.
Qeyd olunur ki, 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları nəticəsində təbiətə dəymiş 371 min manatdan artıq ziyanın Baş Prokurorluq tərəfindən dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.
Hazırda qeyd olunan cinayət işləri üzrə ibtidai istintaq davam etdirilməklə, qanun pozuntularına yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.