Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb, biri xilas olunub

Sumqayıt bulvarında 2 nəfər dənizə düşüb, biri xilas olunub

CƏMİYYƏT

334

26.06.2024, 19:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Oxu24.com  xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.