Piyada gəzməyin faydaları
24 Noyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
238
26.06.2024, 14:39
"Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah səhər saatlarınadək ölkə ərazisundə qeyri-sabit hava şəraiti hökm sürəcək.
“Ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacağını, güclü külək əcəcəyini nəzərə alaraq, narıncı və sarı xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edirik.
Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməsini, gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmasını vacib bilirik.
Sarı və narıncı xəbərdarlıq sərt hava dəyişkənliyindən xəbər verir, faktiki hava məlumatlarından da görünür ki, bəzi yerlərdə leysan yağış yağır, çaylardan sel keçir, güclü külək davam edir.
Buna görə də davamlı şəkildə açıqlanan xəbərdarlıq çağırışlarını ciddiyə almaq vacibdir. Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür".
Oxu24.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova belə bir müraciətlə çıxış edib.
Nazirlik sözçüsü qeyd edib ki, hər birimizin həyatı üçün gözlənilən təhlükə barədə daha geniş auditoriyanın əhatə olunması ilə əhalinin məlumatlandırılması olduqca zəruridir:
"Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır".
İ.İbrahimovanın sözlərinə görə, ardıcıl olaraq vətəndaşlarlmızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur:
"Odur ki, verilən hava məlumatlarını, xəbərdarlıqları izləməyi unutmayın, ciddiyə alın və ehtiyatı əldən verməyin. Bilməliyik ki, hər birimizin ehtiyatsızlığı fəlakətə səbəb ola bilər".
Mətbuat katibi bildirib ki, verilən hava xəbərdarlıqları hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməli və maksimum dərəcədə ehtiyatlı olmalıdır.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.