Qaynar xətt:

(+99450) 247 90 86

4 rayonda qaz olmayacaq - DİQQƏT!

4 rayonda qaz olmayacaq - DİQQƏT!

CƏMİYYƏT

413

24.06.2024, 14:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 24.06.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

 

“Azəriqaz”dan Oxu24.com-a  verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan zaman Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Daş karxanası, Subtropik sovxoz ərazisi və "Maştağa-Gülçülük" yaşayış massivinin, Xətai rayonu üzrə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan küçələrinin, Nərimanov rayonu üzrə Ziya Bünyadov prospektinin, Qaradağ rayonu üzrə isə Səngəçal, Əzimkənd, Umbakı qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.