Qaynar xətt:

(+99450) 247 90 86

Qəbul imtahanları çətin olub? - Məleykə Abbaszadə AÇIQLADI

Qəbul imtahanları çətin olub? - Məleykə Abbaszadə AÇIQLADI

CƏMİYYƏT

381

24.06.2024, 12:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İmtahanın çətinlik dərəcəsini kimlərinsə fikrinə görə söyləmək doğru yanaşma deyil"

Oxu24.com xəbər verir ki,bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib:

"Nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar. Statistikaya baxanda görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu".

DİM sədri qəbul imtahanlarının modelinin tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunduğunu qeyd edərək bildirib:

"Maraqlanan hər kəs bu modellər imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib. Suallar da nəşr edilib və hər kəs üçün əlçatandır".