Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıda torpaq sürüşməsi: yaşayış evləri təhlükə altına düşdü -FOTO

İsmayıllıda torpaq sürüşməsi: yaşayış evləri təhlükə altına düşdü -FOTO

CƏMİYYƏT

519

23.06.2024, 21:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi olub.

OXU24.COM  "Report"a istinadla xəbər verir ki, torpaq sürüşməsi nəticəsində bir neçə fərdi yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.

Buna səbəb son zamanlar Şimal-qərb bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Leysandan əsasən dağətəyi ərazilərdə olan evlər zərər çəkib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi bir-iki gün davam etsə, kənddə yaşamaq mumkün olmayacaq. Bundan başqa, dağlardan sel suları ilə gələn gil qatı həyətyanı sahələrdə də bir sıra çətinliklər yaradıb.

Məsələ ilə bağlı Qoydan kənd icra nümayəndəsi Vüqar Bəşirov bildirib ki, aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

“Şəkillər çəkilib, koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə yaşayan insanların təlukəsizliyinin qorunması ücün lazımı addımlar atılacaq".