Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonu dolu vurdu -FOTO

Bu rayonu dolu vurdu -FOTO

CƏMİYYƏT

428

23.06.2024, 09:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 22-də saat 23 radələrindən başlayaraq Qax rayonu ərazisində güclü külək başlayıb.

OXU24.COM Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, Qax şəhəri və ətraf kəndlərin ərazisində leysanla müşahidə edilən külək əsib. Daha sonra leysan dolu ilə əvəzlənib.

15-20 dəqiqə davam edən dolu fərdi təsərrüfatlara və meyvə ağaclarına ziyan vurub.

Külək bəzi ərazilərdə şiddətləndiyindən təhlükəsizlik tədbiri olaraq elektrik enerjisinin verilməsi dayandırılıb.

Komissiyadan bildirilib ki, hələlik ciddi fəsadlarla bağlı qaynar xəttə hər hansı məlumat daxil olmayıb. Müvafiq təşkilatlar və onların növbətçi qrupları vəziyyətlə bağlı xəbərdar edilib.