Qaynar xətt:

(+99450) 247 90 86

Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verildi

Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verildi

CƏMİYYƏT

399

21.06.2024, 10:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polis evlənmək məqsədi ilə başqa rayona gedən 15 yaşlı qızı taparaq ailəsinə təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib.

Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.