Piyada gəzməyin faydaları
24 Noyabr 2026, 23:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
394
20.06.2024, 20:12
Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 399 yeni, tam təmirli mənzillər satışa çıxarılıb.
Bu barədə OXU24.COM -a İpoteka və Kredit Zəmanət Fondundan (Fond) bildirilib. Fondun təklif etdiyi yaşayış sahələrinin siyahısına Abşeron rayonunun Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesi ünvanında yerləşən kompleksdə 147 yeni mənzil əlavə edilib. Mənzillər 1 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 520 manatdan başlayır.
Daha 252 mənzil isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 28 iyun 2024-cü il tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, Abşeron rayonunun Məmmədli kəndində yaşayış sahələrinin vətəndaşların seçiminə verilməsi ilə satmaq öhdəliyi ilə kirayə mənzil fonduna daxil olan ünvanların sayı 14-ə çatdırılıb. Onlardan 6 yaşayış kompleksi Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 2 yaşayış kompleksi isə Sumqayıt şəhərində yerləşir.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4700-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), "1549" Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.