Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, ölən var

Kürdəmirdə minik avtomobili yük maşınına çırpılıb, ölən var

CƏMİYYƏT

232

18.06.2024, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com report-a xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.