SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi:Bu ödənişlər artırıldı
09 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
2546
24.11.2025, 23:22
Son günlər müğənni Nura Suri və digər müğənnilər şəxsi həyat toxunulmazlığı ilə bağlı tez-tez mövqe bildirirlər. Bu məsələdə qanun nə deyir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, Azərbaycan qanunvericiliyi şəxsi həyatın toxunulmazlığı prinsipini çox aydın və sərt şəkildə qoruyur. Konstitusiyanın 32-ci maddəsinə əsasən, şəxsi həyat və ailə sirri toxunulmazdır. Bu hüquq hər kəsə aiddir – müğənni, aktyor, bloger və ya adi vətəndaş olmasından asılı olmayaraq. Heç bir media qurumu şəxsin razılığı olmadan onun şəxsi həyatını araşdıra və yayımlaya bilməz.
– Bəzən media bunu “ictimai maraq” kimi əsaslandırır. Bu arqument keçərlidirmi?
Vəkil Esmira Rzayeva: Xeyr, keçərli deyil. “İctimai maraq” yalnız cəmiyyətə real təsiri olan hallara şamil edilir. Bir müğənninin kiminlə münasibətdə olması, ailə problemləri və ya şəxsi mesajları ictimai maraq hesab olunmur. Qanunda bu açıq şəkildə müəyyən olunub. İctimai tanınmış sima olmaq şəxsi həyatın müzakirəyə çıxarılması üçün hüquqi əsas yaratmır.
– Şəxsi məlumatlar razılıq olmadan yayımlansa, məsuliyyət nədir?
Vəkil Esmira Rzayeva: Bir neçə məsuliyyət forması var:
1. Cinayət Məcəlləsi – 155-ci maddə:
Şəxsi məlumatların qanunsuz toplanması və yayılması cinayətdir. Foto, video, yazışma, səs yazılarının icazəsiz dərc edilməsi bunun içərisinə daxildir.
2. İnzibati Xətalar Məcəlləsi – 388-1:
Media bilərəkdən şəxsi həyata müdaxilə edirsə, həm fərdi jurnalist, həm də redaksiya cərimələnir.
3. Mülki Məcəllə – 23-cü maddə:
Şəxs öz şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edərək:
təkzib,üzr, mənəvi zərərin ödənilməsini tələb edilə bilər.
– Sosial şəbəkələrdə şəxsi videoların və mesajların yayılması hallarında müğənnilər nə etməlidir?
Həmçinin oxuyun
Vəkil Esmira Rzayeva: Ən birinci addım sübutları toplamaqdır — linklər, screenshot, video. Sonra hüquqi prosedura keçmək lazımdır. Qanunla bu cür yayımlar həm cinayət, həm də mülki qaydada məsuliyyət yaradır. Şəxs videonun silinməsini, təkzib verilməsini və təzminat tələbini eyni vaxtda irəli sürə bilər. Bundan əlavə, sosial şəbəkə platformalarına da rəsmi müraciət edilərək kontentin dərhal bloklanması mümkündür.
– Sizcə, media bu sərhədləri niyə tez-tez pozur?
Vəkil Esmira Rzayeva: Reytinq və klik toplamaq üçün. Amma unutmaq olmaz ki, media azaddır, ancaq bu azadlıq başqasının şəxsi həyatına müdaxilə etmək hüququ vermir. Qanun bu sərhədi çox dəqiq müəyyən edir və pozanlar hüquqi məsuliyyət daşıyır.
– Məşhurlar şəxsi həyatlarının qorunması üçün nələri bilməlidirlər?
Vəkil Esmira Rzayeva:Şəxsi həyat qanunla tam müdafiə olunur. Heç kim icazə olmadan şəxsi məlumatı yayımlaya bilməz. Media “ictimai maraq” adı ilə bunu əsaslandıra bilməz. Hər bir icazəsiz paylaşım hüquqi məsuliyyət yaradır. Təsdiqlənməmiş məlumatlara qarşı dərhal hüquqi reaksiya verilməlidir.
-Ətraflı məlumat üçün Sizə təşəkkür edirik.
-Buyurun,Sizə də təşəkkür.
Hazırladı: Miri Məcidli
08:52 / 15 Yanvar 2026
1
08:36 / 15 Yanvar 2026
20
01:51 / 15 Yanvar 2026
187
00:59 / 15 Yanvar 2026
88
23:58 / 14 Yanvar 2026
119
23:54 / 14 Yanvar 2026
153
23:39 / 14 Yanvar 2026
146
23:35 / 14 Yanvar 2026
107
23:30 / 14 Yanvar 2026
156
23:23 / 14 Yanvar 2026
99
23:18 / 14 Yanvar 2026
463
23:10 / 14 Yanvar 2026
1557
23:08 / 14 Yanvar 2026
1084
23:05 / 14 Yanvar 2026
230
23:02 / 14 Yanvar 2026
1547
22:59 / 14 Yanvar 2026
146
22:52 / 14 Yanvar 2026
115
22:48 / 14 Yanvar 2026
664
22:43 / 14 Yanvar 2026
99
22:31 / 14 Yanvar 2026
294
22:26 / 14 Yanvar 2026
338
22:26 / 14 Yanvar 2026
151
22:21 / 14 Yanvar 2026
92
22:13 / 14 Yanvar 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.