SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi:Bu ödənişlər artırıldı
09 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
2318
12.11.2025, 17:41
Gürcüstan səmasında qəza: Politoloq Turan Rzayev aviaqəzanın şübhəli detallarından danışdı
Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarəsinin Gəncədən havaya qalxdıqdan sonra Gürcüstan səmasında qəzaya uğraması xəbəri hər kəsi sarsıtdı. Bu faciə təkcə 20 insanın həyatına son qoymadı, həm də qardaş ölkələrdə dərin kədər və narahatlıq yaratdı. Qəzanın ardından həm Azərbaycanda, həm də Türkiyədə insanların bir-birinə yönələn dəstəyi, dövlət başçılarının dərhal əlaqə saxlaması və başsağlığı verməsi bir daha sübut etdi ki, bu iki xalqın ağrısı da, sevinci də birdir. Hadisənin səbəbləri barədə müxtəlif versiyalar səslənsə də, əsas məqsəd indi faciənin arxasında duran gerçəkləri soyuqqanlı şəkildə üzə çıxarmaq və hər ehtimalı diqqətlə dəyərləndirməkdir.
Bu hadisə təkcə bir aviasiya qəzası kimi deyil, həm də regionun siyasi və strateji sabitliyi baxımından mühüm suallar doğurur. Qəzadan dərhal sonra müxtəlif ölkələrin adlarının hallandırılması, konspiroloji versiyaların dövriyyəyə girməsi hadisəyə emosional deyil, analitik yanaşma zərurətini ortaya qoyur.
Bəs baş verən bu faciə regional münasibətlərə necə təsir göstərə bilər? Qəzanın ətrafında formalaşan iddialar nə dərəcədə reallığa uyğundur?
Məsələ ilə bağlı politoloq Turan Rzayev Oxu24.com-a danışıb.
– Turan müəllim, hadisə ilə bağlı Rusiyanın adının hallandırılması nə dərəcədə əsaslıdır və bu versiya hansı arqumentlərlə təkzib olunur?
Rusiyanın bu qəza ilə əlaqələndirilməsi məntiqi baxımdan dayanıqlı deyil. Əvvəla, Rusiya 2024-cü ilin dekabrında AZAL-a məxsus “Embraer-190” təyyarəsini vurmaqla artıq oxları öz üzərinə çevirmişdi, lakin həmin hadisə tamamilə fərqli şəraitdə – Rusiyanın öz hava məkanında baş vermişdi və Moskva o zaman hava sərhədlərinin pozulduğunu iddia etmişdi. Halbuki, “C-130” təyyarəsinin qəzaya uğradığı ərazi Gürcüstanın hava məkanıdır və burada Rusiya Hərbi Hava Qüvvələrinin nə hüquqi, nə də əməli fəaliyyət səlahiyyəti mövcuddur. Üstəlik, Rusiya ilə Türkiyə arasında bu gün birbaşa qarşıdurma vəziyyəti müşahidə edilmir; əksinə, iki ölkə arasında iqtisadi, enerji və regional məsələlərdə əməkdaşlıq və koordinasiya davam edir. Buna görə də, hadisənin Rusiyanın iştirakı ilə baş verməsi iddiası reallığa uyğun deyil.
– Qəzanın xarici müdaxilə yox, texniki nasazlıq nəticəsində baş verməsi ehtimalı hansı faktlara əsaslanır?
İlkin məlumatlar göstərir ki, hadisədə təxribat və ya xarici müdaxilə izləri yoxdur. Əksinə, bütün əlamətlər qəzanın texniki xarakterli olmasına işarə edir. Qəzaya uğrayan “C-130” tipli təyyarə uzun illər istismarda idi və bu, onun konstruktiv baxımdan köhnə sayılması deməkdir. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı texniki baxışdan keçib, yəni qəza baş verən vaxta qədər təxminən beş il keçmişdi – bu isə hərbi aviasiyada uzun müddət sayılır. İlkin müşahidələr zamanı təyyarənin korpusunda heç bir partlayış və ya kənar təsir izi aşkarlanmayıb, bu da vurulma versiyasını istisna edir. Ekspertlərin fikrincə, qəzanın səbəbi metal yorğunluğu və korroziya, yaxud yüklərin lazımi qaydada bərkidilməməsi nəticəsində balansın pozulması ola bilər. Bu hallar hərbi nəqliyyat aviasiyasında nadir deyil və çox vaxt ani baş verdiyindən ekipajın müdaxiləsinə imkan qalmır.
Pərvin Şakirqızı
11:00 / 15 Yanvar 2026
50
10:52 / 15 Yanvar 2026
76
10:39 / 15 Yanvar 2026
109
10:38 / 15 Yanvar 2026
39
10:36 / 15 Yanvar 2026
44
10:34 / 15 Yanvar 2026
50
10:11 / 15 Yanvar 2026
222
09:48 / 15 Yanvar 2026
122
09:43 / 15 Yanvar 2026
112
09:40 / 15 Yanvar 2026
77
09:38 / 15 Yanvar 2026
110
09:25 / 15 Yanvar 2026
114
09:11 / 15 Yanvar 2026
150
08:52 / 15 Yanvar 2026
832
08:36 / 15 Yanvar 2026
63
01:51 / 15 Yanvar 2026
320
00:59 / 15 Yanvar 2026
155
23:58 / 14 Yanvar 2026
153
23:54 / 14 Yanvar 2026
210
23:39 / 14 Yanvar 2026
185
23:35 / 14 Yanvar 2026
141
23:30 / 14 Yanvar 2026
244
23:23 / 14 Yanvar 2026
122
23:18 / 14 Yanvar 2026
535
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.