Müğənnilərin şəxsi həyatı haqqında yazmaq olarmı? - Vəkildən AÇIQLAMA
24 Noyabr 2025, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
3917
01.11.2025, 22:47
Razi Nurullayev İmişlidə bazar açıb? - Sakinlər şikayət edir.
İmişlinin Nurulu kəndinin sakinləri örüş sahələrinin zəbt edildiyini bildirlər.
Oxu24.com xəbər verir ki,kənd sakinlərinin ixtiyarında olan örüş sahəsində deputat Razi Nurullayevin kommersiya təyinatlı mal-qara bazarı tikdirdiyi iddia olunur.Zəbt edilmiş 20 hektardan çox örüş sahəsində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən torpaq sahəsi Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası,Qulubəyli kənd sakini Yavər Süleymanova 12 aprel 2025-ci il tarixdə Muradalılı bələdiyyəsi tərəfindən 2040-cı ilə qədər icarəyə verilib.
Məlumdur ki, örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur.Ona görə ki,bir qayda olaraq torpağın təyinatının dəyişdirilməsi mövcud qanunverciliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin şikayəti ilə əlaqədar sözügedən ərazidə hər-hansı kommersiya təyinatlı tikinti işlərinin aparılmamasına və dayandırılmasına dair müvafiq qərar versə də,nədənsə qanunverici orqanı təmsil edən şəxsin adamlarından həmin qərara məhəl qoyan yoxdur.
R.Nurullayevin himayədarlıq etdiyi deyilən mal-qara bazarında tikinti işləri sürətlə davam etdirilir və obyektdə son yekunlaşma işləri görülür.Tikintinin aparıldığı ərazidə 1036 ədəd yulğun ağacı deputatın adamları tərəfindən məhv edilib. Onların tərəfindən təbiətə külli miqdarda ziyan vurulub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin 30 aprel 2025-ci il tarixli 3-14-22/2-662/2025 nömrəli rəyinə əsasən akt tərtib edilib və qanunsuz tikinti aparan Yavər Süleymanov əvvəlcə 10 min manat,sonra isə 35 min manat cərimə olunublar.
Qeyd olunan iddialarla bağlı Oxu24.com saytının əməkdaşı deputat Razi Nurullayevin də mövqeyini öyrənmək istəyib.Razi Nurullayevin köməkçisi Vüqar Süleymanov sayta iddialarla bağlı açıqlama verib.
“Razi Nurullayevin barəsində söhbət gedən məsələyə heç bir aiddiyatı yoxdur.Muradalılı bələdiyyəsi örüş sahəsinin icarəyə verilməsinə dair 2025-ci ilin mart ayında hərrac elan etmişdir.Tam qanuni əsaslarla atam Yavər Süleymanov hərracda iştirak edib və hərraca çıxarılmış 20 hektar örüş sahəsini 2040-cı ilə qədər icarəyə götürüb.İcarə haqqı dövlət büdcəsinə ödənilib.Yararlı vəziyyətə gətirmək üçün icarəyə götürülmüş torpaq sahəsində hamarlama,kol-kosdan təmizlənmə işləri görülüb və ərazi məftil barmaqlıqlarla çəpərlənib.Torpağın təyinatının dəyişdirilməsi məqsədi ilə icarədar Yavər Süleymanov tərəfindən müvafiq təşkilatlara müraciət olunub.İddia olunduğu kimi hazırda orada heç bir tikinti işləri getmir.Mal-qara saxlamaq üçün sadəcə Şəhərsalma və Arxitektura Komitəsinin tələblərinə uyğun olaraq bir neçə gündür konstruksiyadan ibarət yardımçı binalar quraşdırılıb.Ərazi istismara yararlı hala gətirilərkən 1-2 dənə qurumuş yulğun ağacı kökündən çıxarılıb və təbiətə vurulmuş ziyana görə,tərtib edilmiş cərimə icarədar tərəfindən dövlət büdcəsinə ödənilib”,-deyə Razi Nurullayevin köməkçisi bildirib.
Həmçinin oxuyun
Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası Yavər Süleymanovun adına mal-qara bazarı inşa etmək istədiyi örüş sahəsini hərrac yolu ilə icarəyə vermiş İmişli rayon Muradalılı Bələddiyəsinin sədri Elçin Quliyev Oxu24.com saytının suallarını cavablandırıb.O,açıqlamasında tikinti işlərinin dayandırıldığını bildirib.
“Bələdiyyə hərrac yolu ilə barəsində söhbət gedən örüş sahəsini Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası Yavər Süleymanova illik icarə haqqı 2706 manat olmaqla 2040-cı ilə qədər icarəyə verib.İcarəyə verilmiş örüş sahəsində qanunsuz olaraq tikinti işləri apardığı üçün tərəfimizdən aidiyyatı orqanlara dərhal məlumat verilmiş və tikinti-quraşdırma işlərinin qarşısı alınmışdır.Qanunsuz tikinti işlərini icra edən icarədar Yavər Süleymanov Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən hər hektara görə 500 AZN,1036 ədəd yulğun ağacını məhv etdiyi üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvvəlcə 10 min AZN,ikinci dəfə isə 35 min AZN cərimə olunub.Tikinti işlərinin dayandırılması üçün bələdiyyə tərəfindən akt tərtib edilmiş,İmişli Rayon İcra Hakimiyyətinə və Rayon Polis Şöbəsinə göndərilmişdir",-deyə Bələdiyyə sədri açıqlamasında qeyd edib.
Məlumat üçün qeyd edək ki,məsələ ilə bağlı təbiətə vurulmuş ziyana görə, Regional Ekologiya və Təbii Sərvətlər İdarlərinin 3 saylı İdarəsinin rəisi Fərid Piriyevin imzası ilə Baş prokurorluğa müraciət olunub.
Oxu24.com məsələni diqqətdə saxlayır.
Qeyd:Fotolar 1xəbər saytının 13 senytabr 2025-ci il tarixində yayımladığı videodan götürülüb.
Miri Məcidli
14:24 / 05 Dekabr 2025
1
14:01 / 05 Dekabr 2025
24
14:00 / 05 Dekabr 2025
66
13:48 / 05 Dekabr 2025
230
13:21 / 05 Dekabr 2025
39
13:18 / 05 Dekabr 2025
41
13:12 / 05 Dekabr 2025
36
13:02 / 05 Dekabr 2025
54
12:53 / 05 Dekabr 2025
200
12:46 / 05 Dekabr 2025
49
12:41 / 05 Dekabr 2025
417
12:36 / 05 Dekabr 2025
71
12:34 / 05 Dekabr 2025
357
12:32 / 05 Dekabr 2025
33
12:32 / 05 Dekabr 2025
35
12:22 / 05 Dekabr 2025
51
12:03 / 05 Dekabr 2025
1553
11:55 / 05 Dekabr 2025
51
11:48 / 05 Dekabr 2025
63
11:42 / 05 Dekabr 2025
239
11:36 / 05 Dekabr 2025
135
11:33 / 05 Dekabr 2025
144
11:17 / 05 Dekabr 2025
1207
11:14 / 05 Dekabr 2025
64
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.