Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
643
19.05.2026, 12:15
18 may 2026-cı il tarixində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı panel sessiyası təşkil olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açılış nitqində Bakıda belə nüfuzlu bir tədbirin keçirilməsinin vacibliyini xüsusi vurğulayaraq qeyd edib ki, bu Forum hökumətlər, alimlər, memarlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm qlobal platformadır. Aktotı Raimkulova bildirib ki, türk evləri sadəcə yaşayış məkanı deyil, həm də sosial harmoniya, təbiətə uyğunlaşma və icma əsaslı yaşam mədəniyyətinin təcəssümüdür. O qeyd edib ki, ənənəvi memarlıq irsinin qorunması davamlı inkişafın mühüm tərkib hissəsidir.
Fondun prezidenti çıxışının sonunda belə mühüm beynəlxalq tədbir çərçivəsində paneli təşkil etmək imkanı yaratdıqlarına görə Azərbaycan Respublikası Hökumətinə, Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə, Dünya Şəhərsalma Forumunun təşkilatçılarına və bütün tərəfdaş qurumlara dərin təşəkkürünü bildirib.
Paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri geniş müzakirə olunub.
Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə davam edən Sessiyada Memar Sənan Təsviri incəsənət Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Prof. Oğuz Ceylan, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Trabzon Böyükşəhər Bələdiyyə sədri Əhməd Metin Gənc və qazaxıstanlı arxeoloq Sauran Kaliyev öz ölkələrinin təcrübələrini bölüşüblər.
Panelin yekununda türk dövlətləri arasında ortaq memarlıq irsinin qorunması və müasir şəhərsalma modellərinə inteqrasiyası istiqamətində daha güclü əməkdaşlıq şəbəkəsinin yaradılması hədəflənib.



Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.