Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
967
08.11.2023, 23:57
Salam dəyərli izləyicilər. Bu gün sizə ürək-damar sisteminə faydalı olan möcüzə qidalar barəsində danışacam. Ürəyinizin saat kimi işləməsini istəyirsinizsə, bəzi qidalardan az da olsa daim yeməlisiniz. Sizə ürəyinizin dostu olan, həmin sağlam qidaları təqdim edirəm.
Zeytun yağı. Sağlam yağlar” siyahısında ən birinci olan zeytun yağı orqanizmi ateroskleroza qarşı qoruyur. 100 qr-da 176 mq təkli doymamış yağ turşuları və sterollar var. Zeytun yağı pis xolesterolun səviyyəsini minimum endirir, yaxşı xolesterolun səviyyəsin artırır. Bununla da, ürək-damar sisteminin qoruyucusu kimi çıxış edir. Ürək-damar xətəliklərinin qarşısını almağına görə, mütəxəssislər daim zeytun yağı qəbul etməyi məsləhət görürlər. Araşdırmalar zamanı məlum olub ki, mütəmadi olaraq, zeytun yağı qəbul edən 65 yaşdan yuxarı insanlar arasında iflic riski 41% azalıb.
Ürək sağlamlığı üçün Sızma zeytun yağı daha faydalıdır. Sızma zeytun yağı salatlara qatılan, çiy halda istifadə edilən yağa deyilir. Mar4ket5lərdə satılan bu yağların üzərində Virgin və Extra virgin yazılır. Bu yağlar dediyim kimi çiy halda qəbul edilməlidir. Onunla yemək bişirmək olmaz.
Sirkə. Bəli, ürək xəstələri sirkəyə üz tutmaqda gecikməməlidirlər. Lakin bu, o demək deyil ki, onu həddindən artıq qəbul etməlisiniz. Sirkənin möcüzəvi faydaları haqqında bir neçə videoda danışdığımdan indi bundan bəhs etmək istəmirəm. Sadəcə, vurğulamaq istəyirəm ki, Hippokrat belə, öz müalicə metodlarına sirkəni daxil edirdi. Söhbət təbii sirkədən gedir. Lakin bir şeyi unutmayın ki, mədə bağırsaq sistemizinizdə həssaslıq var, qastrit, eroziya kimi problemlərdən əziyyət çəkirsinisə, yaxud da mədənizdə turşuluq çoxdursa, sizə sirkə qəbul etmək olmaz.
Yağlı balıqlar. Ürək xəstələrinə həftədə 2 gün yağlı balıq yemək tövsiyə edilir. Çünki yağlı balıqlar Omega-3 yağ turşusu mənbəyidir. Ağ ton balığı, somon, skumbriya, alabalıq və sardina kimi yağlı balıqlar ürək xəstəliyi riskini azaldan Omega-3 yağ turşusuna malikdirlər. Üstəlik, balıqdakı Omega-3 digər Omega-3 yağ turşularına nisbətən orqanizm tərəfindən daha asan mənimsənilir.
Yağlı ləpələr. Qoz, fındıq, badam, kaju, kətan toxumu bu siyahıya daxildir. Orqanizmin qəbul etdiyi bu yağlar rafinə edilmiş yağlardan dəfələrlə faydalıdır. Ən əsası, yağlı ləpələr ürəyi qoruyur. Omega-3 yağ turşusu və E vitamini ilə yanaşı, maqnezium və həzm olunmayan hissəyə malik olan qoz, badam, fndıq ləpələri qandakı pis xolesterolun səviyyəsini aşağı salır, yaxşı xolesterolun səviyyəsini artırır. Ləpələrdə çoxlu doymamış yağlar da var ki, onlar damarların keşiyində dayanır. Xatırladım ki, bütün bu faydalarına baxmayaraq, ləpələr ölçülü şəkildə yeyilməlidir. Çünki kaloriləri olduqca yüksəkdir. Gün ərzində 10 ədəd badam ləpəsi, yaxud fındıq ləpəsi, 2-3 qoz ləpəsi yemək yetərlidir.
Qoz. Pis xolesterolun səviyyəsini aşağı salan, yaxşı xolesterolun səviyyəsini artıran qidalar siyahısında qoz da yer alır. Ürəyi möhkəmlədən qozun tərkibində fərqli birləşmələr var. Qanda pis xolesterolla yanaşı, triqliseridləri də aşağı salmaq qabiliyyətinə malik qozun tərkibinin 60%-i yüksək keyfiyyətli yağlardır. Məhz bu yağlar ürək-damar sistemindəki problemlərin həllində önəmli rol oynayır.
Həmçinin oxuyun
Balqabaq tumu. Zəngin maqnezium qaynağı olan balqabaq tumundan hər gün yarım çay stəkanı yemək məsləhətdir. Bu zaman orqanizmin gündəlik maqnezium ehtiyacı ödənir. Beləcə, balqabaq tumu orqanizmin fizioloji funksiyalarının düzgün fəaliyyətini dəstəkləyir, bağırsaqları və damarları təmizləyir. Maqnezium təzyiqin stabilləşməsinə də kömək edir. Dolayısı ilə, infarkt və iflic riskini azaldır.
Tünd şokolad. Tərkibində 70% -dən çox kakao olan şokoladlar ürək sağlamlığını qoruyan bioaktiv birləşmələrə-polifenollara malikdir. Polifenollar qan təzyiqini nizamlayır və iltihablanmanı azaldır.
Badımcan. Pis xolesterola qarşı təsirli olan tərəvəzlər sağlam qidalanmanın əsas hissəsini təşkil edir. Badımcan da bu siyahıdadır. Onun tərkibindəki lif orqanizm tərəfindən asan mənimsənilir, bitki sterolları isə xolesterol balansını nizama salır. Ürək-damar sistemindəki hər hansı xəstəliyin yaranma riskini aşağı salan badımcan buna tərkibindəki flavonoid sayəsində nail olur.
Kartof - Tərkibində A, C, B və B6 vitamini olan şirin kartof, eyni zamanda, lif mənbəyidir. Bundan əlavə, tərəvəzdə fosfor, mis, kalium, manqan da var. Bu xüsusiyyəti ilə şirin kartof orqanizmdə toxluq hissi yaradır, qəfil baş qaldıran aclıq hissinin qarşısını alır. Malik olduğu liflər pis xolesterolun səviyyəsinin aşağı düşməsini təmin edir, ürək-damar sistemi xəstəliklərinə tutulma riskini azaldır. Qaraciyər yağlanmasına mane olmaq, infarktı yaradacaq səbəbləri aradan qaldırmaq da şirin kartofun hünərləri sırasındadır. Bununla yanaşı, tərəvəz həzm sisteminin işini nizamlayır.
18:12 / 13 Dekabr 2025
25
18:02 / 13 Dekabr 2025
23
17:43 / 13 Dekabr 2025
537
17:09 / 13 Dekabr 2025
47
16:55 / 13 Dekabr 2025
209
15:58 / 13 Dekabr 2025
72
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
83
15:08 / 13 Dekabr 2025
2033
14:50 / 13 Dekabr 2025
78
14:38 / 13 Dekabr 2025
117
14:28 / 13 Dekabr 2025
107
14:22 / 13 Dekabr 2025
94
14:12 / 13 Dekabr 2025
302
13:14 / 13 Dekabr 2025
1641
13:07 / 13 Dekabr 2025
1177
12:58 / 13 Dekabr 2025
861
12:16 / 13 Dekabr 2025
1194
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
989
11:07 / 13 Dekabr 2025
453
10:25 / 13 Dekabr 2025
1199
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.