Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
835
az

Qızlıq pərdəsi necə pozular? 18+ yaş qrupu üçün

15:5719 Aprel, 2018
17767
TİBB
  • A
 Ölkəmizdə qızların beynində ən çox sual yaradan problemlərdən biri qızlıq pərdəsidir. Görəsən pozuldumu qorxuları bəzən onların intihar etmələrinə belə gətirib çıxardır. Bu kədərli hadisələrində yaşanmasının təbii ən birinci səbəbi bu mövzularda məlumatsızlıqlarıdır. Bu yazımızda qızlıq pərdəsi ilə əlaqəli saytımıza ünvanladığınız sualları cavablandırmağa çalışacağıq. Hamınıza sağlam və xoşbəxt günlər arzu edirəm.

Qızlıq pərdəsi vaginanın girişindən bir neçə santimetr içəridə, ortası dəlik, soğan pərdəsi incəliyində bir pərdədir. Vaginaya bu pərdənin ortasındakı dəlikdən daha böyük hər hansı bir şey, bir neçə santimetr girdiyində, bu pərdə kənarlara çəkilir, yəni pozulur. Vaginaya girənin, penis, barmaq, tampon ya da başqa bir cisim olması vəziyyəti dəyişdirmir.
Qızlıq pərdəsi vagina divarlarına doğru çəkilərkən, üzərindəki damarlar çatlayır və bir neçə damla qan gəlir. Bəzi qızlıq pərdələri elastikdir, damar çatlaması olmadan kənarlara çəkilə bilər və qanamazlar.
Qanama ümumiyyətlə vaginaya ilk giriş əsnasında olar, ilk girişi izləyən həftə içindəki girişlərdə də təzə yara səbəbiylə kiçik qanamalar ola bilər. Daha nadir olaraq, ilk giriş qismi ola bilər və maraqsız bir zamandakı tam girişdə yenidən qanama ola bilər.

Qızlıq pərdəsi nədir?

Qızlıq pərdəsi təbiət tərəfindən vaginanın giriş qisiminə yerləşdirilmiş olan və qəti vəzifəsi bilinməyən bir səthdir, bəzi elm adamları aybaşıya qədər vaginanı və rəhmi çöldən gələ biləcək mikroblara qarşı qoruyan bir meydana gəlmə olaraq, bəziləridə yalnız bir səth qalığı olaraq qiymətləndirərlər.

Quruluşu nədir?

Qızlıq pərdəsi, mukoza dediyimiz ağız içi quruluşuna bənzəyən bir quruluşa malikdir.

Hər kəsdə qızlıq pərdəsi vardırmı?

Bəzi qadınlarımızda doğuşdan olmaya bilər.

Qızlıq pərdəsi haradadır?

Qızlıq pərdəsi vaginanın (dölyolu) girişində təxminən 1-2 sm. içəridədir.

Hər kəsin qızlıq pərdəsi eynidirmi?

Xeyr, qadından qadına çox böyük fərqliliklər göstərə bilməklə birlikdə müəyyən altı-yeddi növə ayıra bilərik. Bunlar:

Qızlıq pərdəsi əlaqə xaricində nə vaxt cırılar?

-Əlaqə xaricində nadir olaraq bəzən uzaq şərq idmanı, gimnastika kimi aktiv və normalın xaricində qıç açma hərəkəti edənlərdə, qəza və bəzən yıxılmalarda cırıla bilər.

Cırılan qızlıq pərdəsi sonra təkrar bağlanarmı?

-Xeyr, fərqli bir quruluşa sahib olan qızlıq pərdəsinin cırılan qisimləri heç bir zaman özbaşına təkrar birləşməz.

Masturbasiya edərkən cırıla bilərmi?

-Əgər içinə bir şey soxmadan yalnız sürtünmə yoluyla masturbasiya edirsinizsə cırılmaz.

Qızlıq pərdəsi barmaq girməsindən zərər görərmi?

-Bu qızlıq pərdəsinin tipinə bağlıdır, bəzi qızlıq pərdəsinə heç bir şey olmayacağı kimi, bəziləri də cırıla bilər.

İlk əlaqədə çox ağrı verərmi?

-Ümumiyyətlə bu sizin partnyorunuzla nə qədər uyğunlaşma içində olduğunuza və qızlıq pərdəsinin tipinədə bağlı olmaqla birlikdə yavaş hərəkət ediləcək olsa çox bir ağrı verməz.

Birdən cırılmazsa?

-Cırılmazsa bir ginekolog tərəfindən keyidilərək sizə heç bir ağrı verilmədən açıla bilər.

İlk əlaqədə qızlıq pərdəsinin ağrısından çox qorxuram, nə edə bilərəm?
-Yoldaşınızla razılaşaraq bir ginekoloqa gedib, o qızlıq pərdənizi keyidərərək sizə heç bir şey hiss etdirmədən aça bilər.

Çox qanayarmı ?

-Xeyr, çəhrayı rəngli (vagina ifrazatları ilə qarışdığı üçün qanın rəngi açılar) bir neçə damla qan gələ bilər.

Birdən qanama dayanmazsa?
-Çox qalın qızlıq pərdələrində bəzən ola bilməkdədir, həkimə müraciət etsəniz o lazımlı müdaxiləni edərək qanamağı dayandıracaq.

Qızlıq pərdəsi tikilərmi ?

-Bəli, qızlıq pərdəsini tikirlər.

Qızlıq pərdəsini kim tikər və ya tikə bilər ?
-Qızlıq pərdəsini yalnız bir qadın doğum mütəxəssisi tikər.

Tikilən bir qızlıq pərdəsi 100% qanayarmı?
-Bəli, əgər bu işin mütəxəssisi tərəfindən tikilmişsə tikilən bir pərdə 100% qanayar.

Tikilən bir qızlıq pərdəsinin tikildiyi əlaqəyə girəcəyim adam tərəfindən aydın olarmı?
-Qətiliklə xeyir, yalnız qadın doğum mütəxəssisləri və ya tibb mütəxəssisləri bunu anlaya bilər

Qızlıq pərdəsi tikilməsi üçün əlaqə sayının və ya nə qədər müddətdir əlaqəyə girildiyinin əhəmiyyəti vardırmı?
-Xeyr yoxdur, uşaq doğurmuş qadınlarda daxil bu qızlıq pərdəsi tikirlər.

Qızlıq pərdəsi tikişi ağrıdırmı? nə qədər vaxt alar? necə bir əməliyyatdır?
-Xeyr ağrımaz, siz yatırdılaraq və ya o bölgə keyidilərək edilər, 10 ilə 30 dəqiqə vaxt alar, əməliyyatdan sonra rahatlıqla gedə bilər və ya işləyə bilərsiniz. Heç kimsə sizin belə bir əməliyyat keçirdiyinizi anlamaz.

Qızlıq pərdəsi əlaqədən nə qədər zaman əvvəl tikilməlidir?
Bu qızlıq pərdənizin tipinə və həkiminizin edəcəyi əməliyyatdan asılıdır, bəzən bir neçə ay əvvəl, bəzən bir neçə gün əvvəl bəzəndə bir il əvvəl tikmək lazımdır.

Tikildikdən sonra nələrə diqqət yetirmək lazımdır? Duş və sairə kimi şeylər zərərlidirmi?
Xüsusi bir şey tələb etmir, ilk bir neçə gün həkiminizin məsləhətlərinə uyğun hərəkət etmək lazımdır, rahatlıqla bir neçə gün sonra duş ala bilərsiniz.

Qızlıq pərdəmə özüm baxa bilərəmmi?

-Xeyr ,uyğun mövqedə durduğunuzda ayna köməyi ilə yalnız görə bilərsiniz lakin tibbi məlumatınız qeyri-kafi olduğu üçün heç bir şərh edə bilməzsiniz.

Kim baxa bilər?

-Yalnız bir qadın doğum mütəxəssisi bu mövzuda sizə köməkçi ola bilər.

Baxma əsnasında ağrıyarmı? və ya zərər gələ bilərmi?

-Heç bir ağrı hiss etməyəcəyiniz kimi, heç bir zərərdə gəlməyəcək. Bu mövzuda bir şübhəniz və ya çətinliyiniz varsa müayinəyə gedin. Kimsə bu mövzuda müayinə olmanızı qəribə qarşılamayacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi