Böyrək və öd kisəsində olan daşlar zamanla ağrı verərək bir sıra narahatlıqlar yaradır. Bəzən isə daşların yerləşmə yeri və ölçüləri böyük olduğu üçün yalnız əməliyyatla kənarlaşdırmaq mümkün olur. Lakin onları təbii yollarla da əritmək mümkündür.
Milli.Az medicina.az-a istinadən öd kisəsi və böyrək daşlarını əritmək üçün dərman bitkilərindən hazırlanmış bir sıra reseptlər təqdim edir.
1) Böyrək qumunun tökülməsi üçün: 1 stəkan qoz ləpəsi, qıtıotu (xren) kökü və baldan hazırlanan məcun sayəsində oynaqlar cavanlaşır, ağrılar azalır.
Xren kökünü 1 gecə dondurucuda saxlayın. Səhər onu və qoz ləpəsini xırdalayaraq ət maşınından keçirin. Daha sonra bal əlavə edərək 2 gün saxlayın. Hər səhər acqarına 1 ç/q və axşam yatmazdan əvvəl qəbul edin. Məcunu 5 gün içərək 5 gün fasilə verin. Məcun bitənə qədər bu minvalla davam edin. Müalicə kursunun sonunda böyrək qumunun ağrı vermədən xaric olduğunu görəcəksiniz.
2) Böyrək daşlarının əridilməsi üçün: mərcangilə bitkisinin 1 dolu xörək qaşığı quru yarpaqlarını 3 stəkan suda 10 dəqiqə qaynadın. Daha sonra termosa tökərək 2 saat saxlayın. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. Müalicə kursu 3 həftədir.
3) Öd daşının əridilməsi üçün: ətçəkən maşından 500 qr xren kökünü keçirin, üzərinə 1 l qaynar su əlavə edin. Qabın ağzını möhkəm bağlayaraq 24 saat saxlayın. Daha sonra məhlulu süzün, qalıqları möhkəm sıxın. Sutkada 3 dəfə olmaqla yeməkdən 30 dəqiqə əvvəl 50 ml qəbul edin.
4) Öd kisəsində olan daşları əritmək üçün: heç bir əməliyyata ehtiyac olmadan bu bitkinin köməyi ilə öd kisəsi daşlarından və buna bağlı olan sarılıqlan yaxa qurtarmaq mümkündür. Həmçinin bu bitki sayəsində zərərli xolesterindən, aritmiyadan, kardiosklerozdan azad olmaq mümkündür. Sidikqovucu təsiri sayəsində qan təzyiqini aşağı salır. Amma bu bitkidən istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Ətirli çətiryarpaq bitkisindən resept: 2 ç/q quru bitkinin üzərinə 1 səkan soyuq su tökün. Bir gecə saxlayın. Səhər süzərək 1,5-2 saatdan bir 1 x/q için. Bu üsulla öd yolu və öd kisəsi daşlarından azad ola bilərsiniz. Müalicə kursu 5-6 həftə təşkil edir. Oxu24.com
ŞƏRHLƏR