Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7860
az

Qadınlarda sidikqaçırma probleminin səbəbi nədir? - VİDEO

00:1912 Dekabr, 2018
1755
TİBB
  • A
"Statisikaya görə, hər 3 qadından biri həyatının müəyyən hissəsində  sidikqaçırma problemi ilə qarşılaşa bilər. Bu hal bəzi qadınların həyatında müxtəlif vaxtlarda bir neçə dəfə də yaşana bilər. Bəzilərində isə davamlı şəkildə sidikqaçırma problemi yana bilər. Beləliklə də sidikqaçırma problemi həyat keyfiyyətinə çox böyük təsir göstərir”.  

Medicina.az xəbər verir ki, bu barədə Prof.Dr.Muammer Kendirci məlumat verib. Onun sözlərinə görə, 3 tip sidikqaçırma var: "1-ci öskürək, asqıraq və gülmə zamanı meydana çıxan sidikqaçırma, 2-ci sıxışma nəticəsində ayaqyoluna çata bilmədiyi üçün meydana gələn sidikqaçırma, 3-cü isə hər iki halın eyni vaxtda müşahidə edilməsidir. 1-ci tip sidikqaçırma daha gənc xanımlarda meydana çıxır. Bunun  əsas səbəbi qadının daha əvvəllər keçirdiyi doğumların sayıdır. Qadın nə qədər çox uşaq dünyaya gətirərsə və əgər travmatik doğuş keçiribsə, o zaman öskürmə, asqıraq və gülüş zamanı sidikqaçırmanın yaranma ehtimalı da artır. Bu səbəbdən də qeysəriyyə yolu ailə ana olan qadınlarda sidikqaçırma problemi daha az olur.

Bundan əlavə bir sıra xəstəliklər, şəkər, qan təzyiqi, artıq çəki, hərəkətsizlik də 1-ci tip sidikqaçırmaya səbəb ola bilər. Bu hal qadınların sosial həyata çıxmasına mane ola, "sidik qaçıracağam” təlaşı ilə hətta ictimai nəqliyyatdan istifadədən imtina edə, çölə çıxmaqdan, qonaq getməkdən çəkinərək davamlı olaraq evdə oturmağa üstünlük verirlər. Bu problemdən əziyyət çəkən qadınların sosial həyatı demək olar ki, olmur.

2-ci tip sidikqaçırma problemi yaşayan qadınlar sidiyi anidən hiss edərək özlərini tualetə çatdıra bilmirlər. Bu hal daha çox yaşlı qadınlarda rast gəlinən rahatsızlıqdır.

3-cü tip sidikqaçırmada hər iki hal müşahidə edilir.

Sıxışma nəticəsində yaranan sidikqçırma zamanı xəstəyə daha çox dərman müalicəsi və ya sidik kisəsinin içinə botoks inyeksiyaları kimi müalicə metodları təyin edilir. Öskürək, asqıraq və gülmə zamanı meydana çıxan sidikqaçırma sidik kanalının gücünün zəifləməsi nəticəsində meydana çıxdığı üçün kanalın gücünü artıracaq əməliyyatlara üstünlük verilir. Bu əməliyyatlar vaginanın içindən açılan 2-3 sm-lik kəsik vasitəsilə 30 dəqiqə ərzində həyaya keçirilir. Bundan əlavə loporoskopik olaraq sidik kisəsinin yuxarıya doğru qaldırılması proseduru tətbiq edilir”.

Professor qeyd edib ki, böyrək və ya sidik kanalında olan daşlar olduqca çox yayılmış problemdir: "Hər 5 kişidən 1-də, hər 10 qadından və 10 uşaqdan 1-də həyatlarının bir mərhələlərində daş xəstəliyinə rast gəlinir. Daşlar böyrəklərdə, sidik kanallarında və sidik kisəsində yerləşə bilər. Daşların əsas əmələ gəlmə səbəbi xəstənin kifayət qədər su içməməsi, çox duz istifadə etməsi və doğru olmayan həyat tərzidir. Bu səbəblərdən əlavə bir sıra digər səbəblər də mövcuddur. Daşların yerləşmə yerinə, ölçüsünə, tərkibinə, sayına görə müalicə tətbiq edilir. Müasir zamanda böyrək içərisində olan daşları əvəllər olduğu kimi açıq əmıliyyat və ya perikutan üsulu ilə deyil, sidik kanallarından daxil olmaqla müalicə edilir. Bu prosedur təxminən 2 saat çəkir, xəstə 1 gün xəstəxanada qalır.   Prosedur zamanı daş parçalanır və sidik kanalından xaric edilir. Daşın bir hissəsi analizə göndərilərək əldə olunan nəticələrə əsasən xəstənin həyat tərzində bir sıra dəyişikliklər edərək daşın yenidən əmələ gəlməsinin qarşısı alınır.

Böyrək daşlarının müalicəsi zamanı kənardan səs dalğaları ilə müalicə hə zaman uğurlu olmaya bilər. Çünki çox bərk tərkibli daşlarda şok dalğa işə yaramır.  Həmçinin xəstənin şok dalğa ilə müalicəsi uzun və əziyyətli bir prosedurdur. Bundan əlavə şok dalğa daşı kifayət qədər kisik ölçüdə parçlamaya və böyrəyə mənfi təsir göstərə bilər. Məhz buna görə də, sərt tərkibli böyrək daşlarının müalicəsində  sidik kanalından daxil olmaqla lazer vasitəsilə daşları parçalayaraq kənarlaşdırmağa üstünlük veririk”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin — MÖCÜZƏVİ MƏHSUL
Qoz qabığını qaynadıb suyunu saçınıza çəkin: Görün nə olacaq— QAYDASI
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ