Qaynar xətt:

(+99450) 247 90 86

Arvadının südünü içən kişi onun süd oğlu olur? - CAVAB

2018-12/1544013080_intim-ucun.jpg

TİBB

1477

05.12.2018, 16:29

   
 Sual: Mən hamiləyəm. Bir neçə gün bundan əvvəl ərimlə cinsi yaxınlıq vaxtı mənə dedi ki, ağzıma süd getdi. Belə olan halda, yəni, arvadının südünü içən kişi onun süd oğlu olur? Cavab: Ər-arvadın arasında belə bir şeyin baş verməyi normal bir haldır. Buna əsasən aralarında süd qohumluğu yaranmır və bir-birlərinə haram olmurlar. Süd qohumluğunun yaranmağı üçün bir qadının 0-2 yaşın arasındakı bir uşağı qidalandırmaq məqsədilə əmizdirməyi lazımdır. Bir hədisdə deyilir ki, süd qohumluğu təkcə 2 yaş ərzində əmizdirilən südlə yaranır.1 Odur ki, belə bir halla üzləşən ər-arvad süd qohumu olmurlar. Bu məsələ ilə əlaqədar olaraq İmam Malikin Muvatta adlı əsərində belə bir məlumat var: “Bir adam gəlib Əbu Musa əl-Əşaridən soruşdu: “Mən arvadımın döşünü əmdim, qarnıma süd getdi. Bunun hökmü nədir?” Əbu Musa cavab olaraq: “Bu səbəbdən o qadın sənə haramdır”, – dedi. Abdulla ibn Məsud da orada idi və sözə qarışdı: “Necə fitva verdiyinə fikir ver!” Əbu Musa: “Bu barədə sənin fikrin nədir ki?”, – deyə, soruşdu. Abdulla ibn Məsud belə dedi: “Haramlıq yaradan əmizdirmək işi ancaq doğumdan sonrakı 2 il ərzində olur”. Bu sözdən sonra Əbu Musa dedi ki, bu böyük alim (Abdulla ibn Məsud) aramızda olduğu vaxt məndən bir şey soruşmayın.