Xəstəyə əsassız dərman yazan həkimi HANSI CƏZA GÖZLƏYİR?
04 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1471
10.02.2022, 01:01
Qoz ləpəsini sevməyən adama rast gəlmək nadir hallarda olar. Bunun da səbəbi orqanizmin özünə faydalı olan qidalara yaranan ehtiyacıdır. “Ürəyim istəyir” sözünün altında da bu yatır. Diqqət edin, nəyi ürəyiniz istəyirsə, qəfildən nə yadınıza düşürsə, demək, orqanizmin ona ehtiyacı var. Buna diqqət edin bir neçə gün, sonra fikirlərinizi mənə yazarsınız.
Hə, qoz ləpəsindən danışırdım axı. Qoz ləpəsinin beynimizə bənzəməsini qoyuram bir kənara, onun müalicəvi xüsusiyyətindən danışacağam. Qozun misilsiz və möcüzəvi faydaları hələ eramızdan əvvəl də insanlara məlum idi. Qədim Bizans imperiyası dövründə kahinlər qoz ləpəsi yeməyi sadə insanlara qadağan etmişdi. Ona görə ki, onlar sadə insanların qoz yeyib ağıllanacağını, üsyan edəcəyini düşünürdülər. Yəni, qoz hələ o dövrdən “ağıl mənbəyi” sayılırdı.
2. Çəkiyə nəzarət. Qoz yeyərkən insan özünü uzun müddət tox hiss edir. Təbii ki, tox insan da yemək axtarmır. Beləcə, gün ərzində yemək öynələrini azaltmaq mümkün olur. 2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, mütəmadi olaraq qida rasionuna qoz daxil edənlərdə maddələr mübadiləsi daha nizamlı və sürətli baş verir. İstənilən pəhrizə qoz daxil etməklə, yemək porsiyalarını azaltmaq mümkündür.
3. Sağlam sümüklər. Qozun tərkibində sümük sağlamlığı üçün lazım olan mis və fosfor var. Mis çatışmazlığı orqanizmdə osteoporoz riskini artıra bilər, yəni, sümüklər zəifləyər, sümükdə ərimə, deşilmə halları yarana bilər. Ona görə də, daimi qoz yemək sümüklər üçün faydalıdır. Misdən əlavə, sümüklərinizin möhkəmlənməsi üçün maqnezium və kalsium da lazımdır. Yaxşı xəbər: qoz hər iki mineralla da zəngindir.
4. Beynimizin dostu. Qozun tərkibində yaddaşı güclədən və diqqəti toplamağa kömək edən Omega-3 yağ turşuları var. 2012-ci ildə "Alzheimer's Disease" jurnalında bir araşdırmanın nəticələri yayımlandı. Alimlərin fikrincə, gündə bir ovuc qoz yeyərək yaddaşı gücləndirmək mümkündür. Epilepsiya və dimensiya hallarında beyinin ən yaxın köməkçisi sayılan qoz beyində iltihablanmanı da aradan qaldırır. Öyrənmə bacarığımızın, yaradıcılığımızın irəliləməsi üçün də qoza ehtiyacımız var. Uşaqlarda zəka geriliyini və bir çox nevroloji xəstəlikləri aradan qaldırmaq üçün də qoz faydalıdır.
5. Qoz antioksidant qaynağıdır. Düzdür, uşaqlıqdan fındığın antioksidant xüsusiyyətlərini eşidərək böyümüşük. Amma qoz antioksidant qaynağı olan ləpəlilər siyahısında ən birinci yerdə dayanır. Qozun tərkibində E, A vitamini, B kompleks vitaminləri, fol turşusu, kalium, sink var ki, müxtəlif xəstəliklərin önlənməsində və müalicəsində orqanizm məhz bu maddələrə ehtiyac duyur. Qoz, həmçinin, zülal və doymamış yağlarla zəngindir.
6. Yuxu rejimini nizamlayır. Qeyd etdim ki, qoz zülallarla zəngindir. Əksər zülallı qidalarda triptofan, az da olsa, mövcuddur. İzah edim ki, triptofan yuxugətirən amin tuşusudur, o, beyini sakitləşdirən serotonin və melatonin maddələrinin başlanğıcıdır. Yəni, qoz yeyərkən rahat yuxu yata bilmənizə kömək edəcəyindən əmin olun.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.