Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64887
az

Ağ ciyərləri təmizləyən QİDALAR

00:3307 Fevral, 2022
605
TİBB
  • A

Ağ ciyərləri təmizləyən QİDALAR
 Tənəffüs sisteminin ən mühüm hissəsi olan ağciyərlər hər nə qədər özlərini təmizləyən orqanlar olsalar da, ətraf mühitin yaratdığı toz, siqaret dumanı və toksinlərdən təsirlənməsi zaman getdikcə zəifləyir Siqaret çəkmək ağciyərin sağlamlığına ziyan vuran ən ciddi amildir. Siqaret tüstüsü nəfəsalma sisteminin selikli qişasını zədələyir, kiçik bronxlar tutulur, ağciyərdə selik yığılır, nəfəsalma çətinləşir, xroniki öskürək, təngənəfəslik əmələ gəlir.
Statistika göstərir ki, 5 ildən çox siqaret çəkən insanların 80%-də xroniki bronxit inkişaf edir. Həmçinin bu pis vərdiş ağciyər xərçənginin əsas səbəbidir.
. Dünyada baş verən ölümlərin böyük bir qismi ağciyər xərçəngi nəticəsində baş verir. Ağciyərin sağlam olması insan sağlamlılığının davamlılığı baxımından olduqca əhəmiyyətlidir.
Xarici KİV-lar xəbər verir ki, koronavirus epidemiyası zamanı dünyada siqaretdən imtina edən insanların sayı xeyli artıb. Bunun səbəbi banal qorxudur. Müşahidələr göstərir ki, siqaret çəkən insanlar koronavirus infeksiyasını daha ağır keçirir və bu infeksiyadan daha tez-tez ölürlər.
Siqaretdən imtina edən insan bilməlidir ki, zədələnmiş ağciyəri normal vəziyyətə qaytarmaq üçün çox vaxt tələb olunur. Bu prosesi müəyyən dərəcədə sürətləndirmək olar. Bunun üçün mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır:
 Təbii, heç bir kimyəvi tərkibi olmayan, çox ucuz başa gələn bitkilər və tərəvəzlərlə ağciyərinizi  təmizləyə bilərsiniz .

1. Şirin biyan kökü
Şirinbiyan kökü sağlam həyat üçün ən çox istifadə edilən bitkilərdən biridir. Xüsusilə ənənəvi Çin tibbində geniş yer tutur. Ağciyərləri təmizləməyə və sinəni yumşaltmağa kömək edir. Bəlğəm atıcıdır, öskürəyi kəsər və nəfəs darlığına faydalıdır.
Şirinbiyan kökü çayını sağlam adamlar gündə üç stəkana qədər içə bilər. Ancaq şirinbiyan kökünün çox miqdarda və uzun müddətli istifadəsi zamanı yüksək təzyiqə səbəb ola bilər. Hər hansı ciddi xəstəliyiniz varsa, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.
2. Üzüm tumu
Tərkibindəki "resveratrol" komponenti sərbəst radikallara qarşı ağciyərə bir qalxan rolunu oynayır. Tərkibinin bədən tərəfindən tam həzmi üçün üzüm tumu çeynənərək yeyilməlidir.
3.Kərəviz
C vitamini ilə zəngindir, antioksidant xüsusiyyətləri var.
C vitamini iltihab əleyhinə təsiri ilə ağciyərin sərbəst radikal zədələnməsinin qarşısını alır. Eyni zamanda, tərkibindəki "kumarin" adlanan birləşmələr immun hüceyrələrinin işini dəstəkləyir və sərbəst radikalların böyüməsinin qarşısını alır.

4.Zəncəfil və sarıkök
Həm zəncəfil, həm də sarıkök güclü antivirus təsirlərə malikdir. Zəncəfilin tərkib hissəsi olan "Gingerol" və sarıkökün tərkib hissəsi olan "Curcumin" ağciyəri virus infeksiyalarından qoruyur.  Zəncəfili çay kimi dəmləyib içə bilərsiniz. Sarıkökü 1 desert qaşığı ilə yarım stəkan suya əlavə edib, qarışdırıb içə bilərsiniz. 
Eyni zamanda, zəncəfil və sarıkökün tərkibində olan maddələrin koronavirusun çoxalması və gen ötürülməsində vasitəçi olan "Mpro" fermentinə maneə törətdiyini göstərən araşdırmalar var.

5.Keçibuynuzu
Keçibuynuzu ciyərləri təmizləmək üçün vacib bir funksiyaya malikdir. Keçibuynuzu, vitamin K, vitamin E və vitamin B2 (Riboflavin) kimi vitaminlərlə və xüsusilə sink, kalsium, fosfor və kalium kimi minerallarla zəngindir, güclü bir antioksidant xüsusiyyəti var. Şiddətli öskürəkdən xilas edir, astma tutmalarının azalmasına səbəb olur və infeksiyanın qarşısını alır.

6. Dəvədabanı
Adi dəvədabanı otu hindular tərəfindən minlərlə il əvvəl ağciyərləri gücləndirmək üçün istifadə edilmiş bitkidir. C vitamini anbarı olan adi dəvədabanı otu bəlğəm gətirən xüsusiyyətə malikdir. Aparılan araşdırmalarda astma, bronxit, öskürək və digər bir çox ağciyər problemlərinə yaxşı təsir etdiyi təsdiq olunub. Adi dəvədabanı otunu çay kimi içmək üçün qurudulmuş formada apteklərdən tapa bilərsiniz.

7. Evkalipt 
Evkalipt yarpaqlarında olan təbii antibiotik deyilən uçucu yağ ağciyər infeksiyalarına qarşı vuruşur və tıxanıqlığı təmizləyir. Astma və nəfəs darlığı xəstəliklərində haradasa ağıla ilk gələn təbii müalicə üsuludur. Öskürək və boğaz qıcıqlanmasında istifadə etdiyimiz siroplar, buxar vannaları üçün olan məhsullar əsasən, evkaliptdən hazırlanır.

Dəyərli izləyicilər bunlarla yanaşı  tanimış professor  İbrahim Saracoğlunun ağ ciyərləri təmizləmək üçün mükəmməl  bir vəzəri ilə hazirlanan resepti vardir ki buda bizim kanal vasitəsilə sizlərə təqdim edilmişdir.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ