Qaynar xətt:

(+99450) 247 90 86

“Omikron”un əsas əlamətləri - Mütləq oxuyun!

“Omikron”un əsas əlamətləri - Mütləq oxuyun!

TİBB

803

31.01.2022, 16:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirusun “Omikron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir.

Oxu24.com  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, yeni ştam əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştamlarına nisbətən ağciyərlərə daha az yayılır.

"“Omikron”un ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər", - deyə o əlavə edib.