Xəstəyə əsassız dərman yazan həkimi HANSI CƏZA GÖZLƏYİR?
04 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
609
28.01.2022, 01:57
Hazırda oxunan: ŞAD XƏBƏR – Bu şəxslərə dərmanlar PULSUZ veriləcək
İcbari Tibbi Sığorta Agentliyindən bu barədə Bizim.Media-ya siyahı təqdim olunub. Məlumatda qeyd olunur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur. Belə ki, bu uşaqlar boy hormonu preparatı ilə təmin olunur. Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur.
Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.
MÖVZU İLƏ BAĞLI:
Ölkəyə gətirilən yeni dərmanlar 20 faiz BAHALAŞDI – Keyfiyyət artacaqmı?
Agentlikdən bildirilib ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, qurum uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.
Habelə, Agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.
Bununla yanaşı, Agentliyin icrasında olan aşağıdakı Dövlət və Tədbirlər Proqramı çərçivəsində dərman təminatı ödənişsiz həyata keçirilir:
• Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı
• Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı
• Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı
• Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı
• Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
• Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
• Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
Bundan əlavə, COVID-19 xəstəliyinə yoluxan vətəndaşlara ambulator şəraitdə dərman paketinin təminatı Bakı şəhəri üzrə Səhiyyə Nazirliyi, digər şəhər və rayonlar üzrə isə TƏBİB tərəfindən həyata keçirilir.
Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.