Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6434
az

Eşşək südü faydalıdı və haram deyil” - İlahiyyatçılardan həkimə ETİRAZ

17:5925 Oktyabr, 2018
2047
TİBB
  • A
 “Qədim türkəçarədə göy öskürək, qızılca, asma kimi xəstəliklərin müalicəsində geniş istifadə edilib. Çox qüvvətli tərkibə malikdir. Hətta vərəmin sağalmasında faydaları böyükdür. Bunlar  sınanmış qədim xalq təbabətinə əsaslanır. İslam dininə görə at və eşşək südü halaldır və istifadəsi tam icazəlidir. Türk və müsəlman ölkələrində, xüsusən də Qazaxıstanda at südündən "qımıs" deyilən içki də hazırlanır. At və eşşək əti haram deyil. Məkruhdur, yəni bəyənilmir. Çox tərləyən heyvanlar olduğu üçün bu heyvanların əti bərk olur və gec bişir, çətin həzm olunur. Əti haram olmayan heyvanların da südü halaldır, tam istifadəsi icazəlidir. Xüsusən də bu süddən əgər müalicə üçün istifadə olunarsa əksinə savabdır. Allahın yaratdığı hər bir nemətin öz hikməti var. Bir çoxları islam dinini, şəriəti tam öyrənmədən özlərindən halal-haram hökmü verirlər. Bu çox təhlükəlidir. Eşşək südünün istifadə edilməsi ölkəmizdə də mümkündür və bunun heç bir problemi yoxdur. Vaqif Qarayev nəyə əsasən bu “fətvanı veribsə”, onu deyə bilmərəm. Ancaq Allahın Peyğəmbərə endirdiyi “Quran”da eşşək südünün haram olması fikri yoxdur. Tərkib baxımından da bu südün haramlığına heç bir əsas yoxdur. Allah faydası olan hər bir şeyi insanlıq üçün tövsiyyə edir, ziyanı olan hər şeyi də qadağan edir. Bu südün faydaları da həm el təbabətində, həm də ənənəvi tibbdə isbat olunub”. İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, Allah yalnız özündən başqasına kəsilən heyvanı, ölü heyvanı, qanı və donuz ətini haram edib. Qeyd edək ki, Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır.Tanınmış pediatr Vaqif Qarayev eşşək südünün İslam dini tərəfindən qəbul edilmədiyini deyib. Onun sözlərinə görə, eşşək südünün  insan orqanizminə heç bir xeyri yoxdu. Məsələ ilahiyyatçılar arasında ciddi müzakirələr yaradıb.
İlahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında eşşək südünün İslam dini tərəfindən halal sayıldığını deyib. Onun sözlərinə görə əksinə, eşşək südünün insana bir çox faydaları var: Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ