Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub
25 Noyabr 2026, 23:14
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
46
25.11.2026, 23:05
Noyabrın 24-də gecə səmasını bürüyən Super Ay dünyanın müxtəlif nöqtələrində səma müşahidəçilərinə unudulmaz mənzərələr yaşadıb.
Oxu24.com xəbər verir ki, Avropadan Asiyaya, Şimali Amerikadan Yaxın Şərqə qədər geniş coğrafiyada lentə alınan kadrlarda bədirlənmiş Ay həm tarixi abidələrin, həm də müasir şəhər panoramalarının fonunda diqqət çəkib.
Bu hadisə zamanı Ay adi bədirlənmə ilə müqayisədə təxminən 30 faiz daha parlaq və 14 faiz daha böyük görünüb.
Super Ayın gecə səmasını işıqlandırdığı anlar Nyu-York, Rotterdam, Roma, London, Frankfurt, Bitola, Afina, Boldogkőváralja, Tulvits, Zalsburq, Vyana, Tirana, Srinagar, Tehatta, Kəraçi, Küveyt və Beyrutdan lentə alınıb.
NASA-nın məlumatına görə, Super Ayı adi gözlə izləmək mümkün olsa da, durbin və ya teleskop vasitəsilə Ay kraterlərini və qədim lava axınlarının formalaşdırdığı “Ay dənizləri”ni daha aydın seçmək olar. Növbəti belə hadisəsinin 2027-ci il noyabrın 14-də baş verəcəyi gözlənilir.
Qeyd edək ki, bu Super Ay bəzi mənbələrdə “Samur Ayı” adlandırılır. Adın mənşəyi Şimali Amerikanın Algonkin yerli xalqlarının ənənələri ilə bağlıdır. Belə ki, noyabr ayında samurların qarşıdan gələn soyuq aylara hazırlıq məqsədilə yuvalarını və bəndlərini möhkəmləndirdiyi ən fəal dövr məhz bu vaxta təsadüf edir.KONKRET.az
23:14 / 25 Noyabr 2026
44
23:12 / 25 Noyabr 2026
49
22:59 / 25 Noyabr 2026
151
22:56 / 25 Noyabr 2026
65
22:52 / 25 Noyabr 2026
62
22:45 / 25 Noyabr 2026
83
22:32 / 25 Noyabr 2026
64
22:26 / 25 Noyabr 2026
134
22:16 / 25 Noyabr 2026
104
22:12 / 25 Noyabr 2026
91
22:03 / 25 Noyabr 2026
113
21:38 / 25 Noyabr 2026
113
21:34 / 25 Noyabr 2026
123
21:34 / 25 Noyabr 2026
154
21:31 / 25 Noyabr 2026
659
21:28 / 25 Noyabr 2026
130
21:16 / 25 Noyabr 2026
110
21:05 / 25 Noyabr 2026
117
20:56 / 25 Noyabr 2026
122
20:46 / 25 Noyabr 2026
1163
20:42 / 25 Noyabr 2026
113
20:36 / 25 Noyabr 2026
134
20:35 / 25 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.