Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59651
az

Yaddaşı yaxşılaşdıran, depressiyanı dəf edən 3 MÖCÜZƏ

07:2414 Oktyabr, 2021
1055
TİBB
  • A
Amerikalı psixiatr Uma Naydu yaddaşın yaxşılaşmasına kömək edən, depressiya və narahatlığın qarşısını alan məhsulların adlarını açıqlayıb. Publika.az xəbər verir ki, bu barədə "Sputnik" CNBC-yə istinadla yazır. Beyin hüceyrələrini sağlam saxlamaq üçün mütəxəssis tünd şokolad yeməyi məsləhət görür və deyir ki, nə qədər tünd olarsa, o qədər yaxşıdır. Tünd şokoladda beyin hüceyrələrinə faydalı təsir göstərən antioksidantlar və flavanollar var. Eyni zamanda normanı qorumaq lazımdır, çünki şokoladın çoxluğu qan damarları üçün zərərlidir. Araşdırmalar göstərib ki, rasionda tünd şokoladın optimal miqdarı həftədə 45 qram təşkil edir. Giləmeyvə də beyin üçün olduqca faydalıdır. Naydunun sözlərinə görə, giləmeyvədə yaddaşı gücləndirən, koqnitiv qabiliyyətlərinin itirilməsini yavaşladan və oksidləşdirici streslə mübarizə üçün vacib olan antioksidantlar, qida maddələri, liflər, vitaminlər və minerallar var. "Əlavə olaraq, müxtəlif giləmeyvələri yemək narahatlıq pozğunluğunun simptomlarını zəiflətməyə və demensiya kimi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir", - deyə Naydu izah edib. Narahatlığı azaltmağın və koqnitiv qabiliyyətlərin qorunub saxlanmasının başqa bir yolu da sarıkök yeməkdir. Göyərti, əsasən də ispanaq, manqold və acıqıjı yemək beyin üçün faydalı deyil: onların tərkibində folotalar var ki, bunlar da depressiya simptomlarının güclənməsinə səbəb ola bilər. Sonda Naydu turş kələm, miso, çay göbələk içkisi, qatıq və yoğurt daxil olmaqla daha çox mayalanmış məhsulları qidaya qəbul etməyi məsləhət görür. Bu yaxınlarda həkim və diyetoloqlar qazlı içkilərinin beyin üçün zərərləri olması barədə xəbərdarlıq ediblər. Məsələn, kofeinli içkilər asılılıq yarada və yuxuya mənfi təsir göstərə bilər, şəkərli içkilər yaddaş problemlərinə səbəb olur, şəkərsizlər isə insult və demensiya riskini artırır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Qadınlarda göbələk xəstəliyi
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto