Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5926
az

İmmuniteti qaldırmağın 5 təbii yolu: Asan reseptlər

09:4309 Oktyabr, 2018
862
TİBB
  • A
 Qış yaxınlaşdığı üçün viruslar da yayılır, uşaqdan böyüyə hamı qripdən əziyyət çəkir.
Qrip tutduqda sonra bir çox çarələrə əl atılsa da, əsas məsələ immuniteti əvvəlcədən gücləndirməkdir.


Oxu24.com  Medicina.az-a istinadən immuniteti artıran və yalnız təbii ərzaqlardan istifadə olunmuş bir neçə qarışım resepti təqdim edir. Çəkinmədən bütün ailə üzvləriniz üçün bu qarışımdan hazırlayıb, qışı güclü immunitetlə qarşılaya bilərsiniz.

Bu reseptlər illərin sınağından çıxıb.

1. 1 stəkan qoz, kişmiş və qaysı qurusu, bir limon (qabıqsız) təmizlənir, ətçəkəndən keçirilib, qarışdırılır. Böyüklər gündə 1 dəfə1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edir. Yaxşı olar ki, yeməkdən bir saat əvvəl qəbul olunsun. Kurs 1 ay.

2. 100 qr. təmizlənmiş qoz, 100 qram sürtgəcdən keçirilmiş alma, 2 limon, 1 xörək qaşığı təmiz bal qarışdırılır, gün ərzində 1 dəfə qəbul olunur. Uşaqlara 5 yaşından sonra vermək olar.

3. 2 baş soğanı xırda doğrayıb, 200 qram şəkər tozu ilə qarışdırın. Yarım litr su əlavə edib, zəif odda yarım saat qaynadın. Kənarda soyudun, sonra 2 xörək qaşığı bal əlavə edib, qarışdırın. Süzüb, şüşə qabda saxlayın. Gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul etmək lazımdır.

4. 1 baş sarımsaq əzilir, bura 1 limon qabıqlı halda ətçəkəndən keçirilib qatılır. Üzərinə yarım litr qaynanmış su əlavə edib, qaranlıq bir yerdə 5 gün saxlayın. Daha sonra süzüb, profilaktik məqsədlə həftədə 3-4 dəfə 1 qaşıq olmaqla qəbul edin.

5. Uşaqlarınıza bildirçin yumurtası yedirdin. Özünüz də yeyin. Hər gün səhər acqarına 2 ədəd çiy bildirçin yumurtası içmək lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ