Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5079
az

Payız gəlir, baş ağrıları artır - Mövsümə bağlı ağrıların səbəbi və müalicəsi

21:4007 Sentyabr, 2018
1068
TİBB
  • A
Payız isti, günəşli mövsümdən soyuq mövsümə keçid dövrü olduğundan, gecə-gündüz uzunluğu dəyişdiyindən orqanizmə mənfi təsir edir.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, yeni fəsil özü ilə orqanizmə mənfi təsirlər göstərən bu faktorları da gətirir:

-Günəş işığı azalır

-Hava soyuyur

-Rütubət artır

-Atmosfer təzyiqi dəyişkən olur.

Hər insanın orqanizmi bu dəyişikliklərə rahat reaksiya vermir.

Ən əsas baş beynin neyromediatorlarına təzyiq başlayır ki, bu da qanda serotoninin miqdarını azaldır. Serotonin nə qədər azdırsa, insan bir o qədər halsız, depressiv və ağrıya həssas olur. Xüsusən 40 yaşdan yuxarı insanlarda orqanizm daha həssas olur.

Fəsil dəyişiklikləri ilə bağ ağrıları, başda sıxılmalar artır.

Payızda allergen insanların da ağrıları artır, çünki rütubət və kifə allergiya artır. Allergiyası olan insanların baş ağrıları daha müntəzəm ola bilər.

Klaster baş ağrıları

Meteohəssas adamların tutmaya bənzər baş ağrılarına nevrologiyada klaster deyilir. Hər il istər kişi, istər qadınlarda əsl payız baş ağrıları olan - klaster simptomlarından şikayətlər artır. Bu baş ağrıları getdikcə cavanlaşır və xroniki hala keçir.

Klaster baş ağrısının əlamətləri:

-Göz ətrafı, göz üstü spazmlar, miqrenə bənzər tutmalar

-Üzün bir yarısını daha çox əhatə edir, gözün üstü sanki biri o birindən şişkin görünür.

-Burun tutulur, göz bəbəyi daralır, ürək sıxılmaları olur

-Tutmalar 15 dəqiqədən 2 saata kimi davam edə bilər

-Klaster ağrıların dövrü - bir neçə gündən 2 aya kimi müddəti əhatə edə bilər

-Ağrı adətən sutkanın eyni saatında tutur. Pik vaxtı gecə yarısı və günortadır.

Bəs dərmanı nədir?

-Kalsium kanallarını blokadaya alan preparatlar

-Epileptik tutmaların profilaktikası üçün nəzərdə tutulmuş divalproeks, topiramat

-Biopolyar pozğunluqların müalicəsi üçün nəzərdə tutulan dərmanlar

-Bu dərmanlar həkimin məhz bu diaqnozu təsdiq etməsindən sonra təyin oluna bilər. Çünki baş ağrılarının növləri çoxdur.

Payız başağrılarından necə qorunmalı?

-Alkoqoldan uzaq durmalı

-Qida məhsulları ilə nitrat qəbulunu azaltmalı: konservləşdirilmiş məhsullar, kolbasa yeməmək

-Nitroqliserin kimi damar genişləndirən dərmanlardan uzaq durmalı

-Gündüz qaranlıq qapalı yerlərdə qalmamalı, bacardıqca çox gün işığı qəbul etməli

-Həddən artıq isti su ilə çimmək: sauna, qaynar duş olmaz

-Orqanizmdə su azlığı - kofe, çay yox, təmiz su içməli

-Yuxu azlığı - maksimum gecə yatmaq lazımdır.

Baş ağrıları kəskin, dözülməz və tez-tez olarsa, nevroloqa müraciət etmək məsləhətdir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Salyanda qanunsuz ov edənlər saxlanıldı- FOTO