Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
3050
02.02.2021, 21:11
Biz nə yeyiriksə, oyuq. Lakin hər gün süfrəmizdə, menyumuzda sağlam qida daha da azalır.
Hamı bir xəstəlikdən qorxur: Onkologiya. Amma hər gün də bir misqal onkoloji xəstəlik yaradan kanserogen maddə yeyirik.
Qidaların, ərzaqların keyfiyyətsizliyi bir tərəfə, tərkibinin qəsdən, sanki bilərəkdən zərərli maddələrlə doldururlar.
"Medicina.az"xəbər verir ki, Sovet dövründə qida istehsalatında, xüsusən uşaq qidalarında kanserogen maddə olan Qlisidol ciddi qadağa altında idi. Bir çox Avropa ölkələrində də bu maddə qida sənayesində qadağan olunub.
Məhz onun onkoloji xəstəliklər yaratdığı məlumdur.
Hazırda isə Rusiya, MDB dövlətləri və Azərbaycanda 60% ərzaq məhsullarının tərkibində qlisidol var.
Qlisidol hamının əzbər bildiyi texniki palma yağıdır.
O ucuz başa gəldiyi üçün bütün ərzaq məhsullarına qatılır.
Xüsusən marketdə qutu və qablaşdırılmış şirniyyat, peçenye, konfetlər, şokolad yağları. Bunları da daha çox uşaqlar, gənclər yeyir.
Əvvəl Moskvanın bütün şirniyyat konfet fabrikləri kakao yağından istifadə edirdi. İndi kakao yağını ancaq luks məhsullarda istifadə edirlər, onlar da bahalıdır.
İstənilən tərkibində süd olan elə məhsul yoxdur ki, onda qlisidol olmasın.
- Dondurma, kremlər, yağlar, hətta kərə yağı, kolbasa, sosis, müxtəlif konservləşdirilmiş məhsullar.
- Elə bilirsiz, çörəkdə qlisidol yoxdur?
- Marketlərdə satılan hazır qatlı xəmir qlisidolludur.
- Pitsalar, kekslər, ruletlər.
Bunu kim qadağan etməlidir?
Hər bir ölkəyə ərzaq idxalı və qida məhsulu istehsalına cavabdeh dövlət qurumu.
Bu qurumlar insanların vergiləri hesabına, dövlət büdcəsi hesabına işləyir və onların borcu milləti təhlükəli kanserogen maddələrdən qorumaqdır.
Hətta elə dünyaca məşhur qida brendləri var ki, onlar Avropada istesal etdikləri zavodlarda bu maddəni qanunla qadağan edildiyi üçün istifadə edə bilmir. Amma Rusiya və MDB dövlətlərində yerləşən zavodlarda geninə boluna palma yağı istifadə edirlər.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.