Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
831
19.11.2020, 22:02
Pandemiya getdikcə daha geniş vüsət alaraq bundan əvvəlki dövrə nisbətən daha da ağır fəsadlar törədə bilər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qahirədə keçirilən onlayn brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə direktoru Əhməd əl Məndəri bildirib.
O, kütləvi ölümlərdən yayınmağın yeganə yolu kimi ölkələr tərəfindən karantin məhdudiyyətlərini sərtləşdirməyi, qabaqlayıcı tədbirləri sürətləndirməyi göstərib.
Yaxın və Orta Şərq regionu ölkələrində daha əvvəl tətbiq edilən qorunma tədbirlərinin yumşaldılmasından narahatlıq ifadə edən təşkilat rəsmisi həmçinin ara məsafəsi saxlamaq, qoruyucu maska taxmaq qaydaları kimi təməl tədbirlərə belə tam şəkildə əməl olunmadığını, bunun fəsadlarının da dolub-daşan xəstəxanalarda aydın nəzərə çarpdığını dilə gətirib.
Ötən 9 ay ərzində region ölkələrində koronavirusa 3,6 milyondan artıq insanın yoluxduğunu, bunlardan 76 mindən artığının da dünyasını dəyişdiyini xatırladan təşkilat nümayəndəsi ötən həftə yoluxmaların 60 faizinin İran, Mərakeş, İordaniyanın payına düşdüyünü, Pakistan və Livanda yoluxmaların artım göstərdiyini, İordaniya, Livan və Tunisdə isə ən yüksək gündəlik ölüm sayının qeydə alındığını bildirib.
“Qarşıdakı dövr bəlkə də son 9 aya nisbətən daha ağır olar. Peyvəndin tapılması da hələ pandemiyanın sonu demək deyil”, - deyən regional direktor bu günədək sınaqları keçirilmiş dörd yeni dərmanın hələ heç birinin rəsmi qeydiyyatdan keçmədiyini, təhlükəsizlik baxımdan təkrar tədqiqatların zəruri olduğunu qeyd edib.
Ekspertin vurğuladığı kimi yoluxmaların artımı heç də qışın gəlməsi, havaların soyuması ilə birbaşa bağlı deyil: “Sadəcə olaraq yay mövsümünə nisbətən insanlar daha çox qapalı, az havalandırılan məkanlarda vaxt keçirdiklərinə görə xəstəliyin yayılması da sürətlənir”.
20:09 / 15 Noyabr 2026
21
19:51 / 15 Noyabr 2026
134
19:37 / 15 Noyabr 2026
63
19:17 / 15 Noyabr 2026
70
19:09 / 15 Noyabr 2026
73
18:40 / 15 Noyabr 2026
86
18:05 / 15 Noyabr 2026
127
17:53 / 15 Noyabr 2026
1529
17:43 / 15 Noyabr 2026
679
17:16 / 15 Noyabr 2026
557
17:12 / 15 Noyabr 2026
2895
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
124
15:25 / 15 Noyabr 2026
156
15:15 / 15 Noyabr 2026
143
14:47 / 15 Noyabr 2026
202
14:34 / 15 Noyabr 2026
397
14:25 / 15 Noyabr 2026
164
14:19 / 15 Noyabr 2026
139
14:02 / 15 Noyabr 2026
544
13:27 / 15 Noyabr 2026
407
12:55 / 15 Noyabr 2026
1840
12:36 / 15 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.