“Ağciyər xərçəngi uzun müddət gizli inkişaf etdiyi üçün insanlar təhlükəni gec anlayır”
25 May 2026, 23:04
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
720
19.11.2020, 20:27
Türkiyə Prezidentinin müşaviri, tanınmış professor İbrahim Saraçoğlu yeni növ koronavirus xəstəliyinin qarşısını almağın yollarından danışıb.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor immunitetin gücləndirilməsində sadəcə vitaminlərin deyil, ümumilikdə sağlam qidalanmanın vacibliyini qeyd edib.
COVID-19-un beyinə belə zərər verə biləcəyindən söz açan mütəxəssis bildirib ki, xəstəlik IQ-nü 10 faiz zəiflədə bilər. İbrahim Saraçoğlu iddia edir ki, koronavirusun beyinə zərəri qalıcı ola bilər:
“COVID-19-a qarşı mübarizə yolları var, həqiqətən istəsəniz, ona qalib gələ bilərsiniz. Bunun üçün ilk növbədə maska, sosial məsafə və gigiyenik qaydalara əməl etmək lazımdır. Adaçayı və hibiskus bitkilərini qaynadaraq bu məhlulla səhər, günorta, axşam qarqara edin. Bu məhlul yüz minlərlə insanın həyatını xilas edə bilər, onu buruna da damcılada bilərsiniz. Bu, sadəcə koronavirusa qarşı deyil, mövsümi qrip və boğaz infeksiyalarına səbəb olan allergiyaya qarşı da effektivdir. Boğaz və burun selikli qişası üzərindəki bakteriyaların, virusların, mikroorqanizmlərin yox edilməsi üçün ideal vasitədir. Bu barədə aparılmış bir çox araşdırma var”.
COVID-19 ilə mübarizədə efir yağlarının da əhəmiyyətli silah olduğunu vurğulayan Saraçoğlu onları qoxlamaqla buruna daxil olan virusları təsirsiz hala gətirə biləcəyimizi izah edib:
“Bu yağları iyləməklə möhtəşəm zireh yaradırsınız. Adaçayı, lavanda, kəklikotu, evkalipt yağlarını tez-tez iyləyin. Bu yağlar dezinfeksiyaedici xüsusiyyətlərə malikdir. Otaqdakı mikrobları yox etmək istəyirsinizsə, qaynar suyun içinə 20-30 damcı bu yağlardan birini əlavə edin. Bu, təbii mikroböldürücü vasitədir”.
Qidalanmanın da rolundan danışan professor qeyd edib ki, paxla, buğda, mərcimək və noxud kimi məhsullara üstünlük verməliyik:
“İmmuniteti sadəcə vitaminlərlə gücləndirmək olmaz. Qidalanma düzgün olmalıdır. Dolayısı ilə qidalanma sayəsində virusun müqavimətini qırırsınız. Beləliklə də virusdan daha güclü olursunuz”.
00:45 / 26 May 2026
36
00:09 / 26 May 2026
61
00:04 / 26 May 2026
112
23:56 / 25 May 2026
197
23:50 / 25 May 2026
117
23:42 / 25 May 2026
165
23:41 / 25 May 2026
203
23:39 / 25 May 2026
133
23:36 / 25 May 2026
70
23:34 / 25 May 2026
160
23:26 / 25 May 2026
147
23:24 / 25 May 2026
123
23:22 / 25 May 2026
81
23:17 / 25 May 2026
74
23:13 / 25 May 2026
55
23:12 / 25 May 2026
69
23:07 / 25 May 2026
68
23:04 / 25 May 2026
68
23:01 / 25 May 2026
129
22:57 / 25 May 2026
82
22:54 / 25 May 2026
71
22:49 / 25 May 2026
79
22:48 / 25 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.