Qaynar xətt:

(+99450) 247 90 86

Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin! - Faydaları

2018-07/1533014889_672266.jpg

TİBB

1623

31.07.2018, 09:27

\"\" Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var.
Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir. - Oxu24.com  saglamolun.az-a istinadən bildirir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir. - Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır. - Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir. - Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur. - Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir. - Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır. - Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir. - Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir. - Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır. - Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır. - Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.