Qaynar xətt:

(+99450) 247 90 86

Baş ağrısı və başgicəllənməni aradan qaldıran MÜALİCƏVİ MƏŞQ

Baş ağrısı və başgicəllənməni aradan qaldıran MÜALİCƏVİ MƏŞQ

TİBB

611

13.09.2020, 23:36

Şərqdən gələn bu məşq aktiv nöqtələrə təzyiq nəticəsində bədənə müalicəvi təsir göstərir.

Oxu24.com  bu sadə məşqin bədənə faydaları ilə tanış edir. Məşqə başlamaq üçün ən azı 7 səbəb var:

qan dövranını yaxşılaşdırır;

limfanı sürətləndirir;

damarların divarlarını gücləndirir;

varikoz damarların inkişafına mane olur;

diz oynaqlarını və baldır əzələlərini gücləndirir;

baş ağrısı və başgicəllənməni aradan qaldırır;

yüksək qan təzyiqini normallaşdırır.

Bir qədər aralı dayanıb əllərinizi divara söykəyin. Daha sonra dabanları yuxarı qaldırıb barmaq uclarında dayanmağa çalışın. Bir-iki saniyə bu şəkildə dayanaraq əvvəlki vəziyyətə qayıdın.

Beləliklə, hərəkəti 20-dən 50-yə qədər təkrarlayın. Daha effektiv nəticə əldə etmək istəyirsinizsə, gün ərzində - hər səhər, gündüz və axşam məşqləri təkrarlamaq tövsiyə olunur. Bacarsanız, məşqi divardan tutmadan həyata keçirin.

Məşq faydalı olsa da, ona başlamazdan həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur!