Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38875
az

Əmzik qulaq infeksiyalarına səbəb olur - Mütəxəssislərin rəyi

19:5913 Sentyabr, 2020
509
  • A

Mütəxəssislər əmzikdən istifadə edən uşaqların gec danışdıqlarını bildirirlər. Qeyd olunur ki, əmziyin 2 yaşından sonra atılması vacibdir.

Oxu24.com medicina.az-a istinadən mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Normal olaraq uşaqlar 12 aylıqkən ilk kəlimələrini söyləməyə başlayırlar. Oğlan uşaqlarında 3-4 ay daha da uzana bilər. Həkimlər uşaqlarda gec danışmağın səbəblərinin müxtəlif olduğunu deyir: "Bunlardan biri də əmziklərdir. Uşaq tez-tez ağzında əmziklə gəzdiyi üçün bir şey soruşduğunuz zaman və ya səs çıxarması lazım olduğu yerdə bilmədiyi üçün danışmaqda gecikə bilər. Uşaqlar 2 yaşından sonra mütləq əmziklərini atmalıdırlar".

Əmziklər danışmaqla bərabər qulaq infeksiyalarına da səbəb olur: "Uzun müddət və tez-tez əmzik istifadəsi qulaq infeksiyası riskini artırır. Təkrarlanan qulaq infeksiyaları da irəliləyən zamanlarda eşıtmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Sadəcə əmzik deyil, butulka da eyni riski daşıyır. Uşaqlar südü və ya digər içkiləri butulkadan yataraq içirlər. Bu da orta qulaqdakı kanallarda maye yığılmasına səbəb ola bilər. Yəni həkimlər sadəcə əmziyin deyil, butulkanın da 2 yaşından sonra atılmalı olduğunu qeyd edirlər.

"Əmzik istədiyi zaman daha əyləncəli oyunlar oynayın"

Uzun müddət əmzik istifadəsi çənə və dişlərdə də problem yaradır. Həmçinin əmzikdən istifadə edən uşaqlarda qidalanma problemləri də yaranır. Tez-tez əmzik istifadə edən uşaqlarda qidanı geri çevirir.

Uşaqlarının əmzikdən ayırmaq istəyən valideynlər bu qərarı onların davranışlarına görə verməlidirlər:

"Hər uşaq və ailənin özünə aid hərəkətləri vardır. Buna uyğun olaraq birdən-birə buraxmağı və ya azaltmağı seçə bilərlər. Ümumiyyətlə, əmziyi olmayan uşaqlar narahat, əsəbi ola bilər. Bu da anaları narahat edir. Buna görə də ilk zamanlarda yuxu saatları ilə məhdudlaşdırıla bilər. Ağlayan uşaqları daha çox oyunlar oynamaqla sakitləşdirə bilərsiniz.

Ailələrə kitab oxumağı məsləhət görən mütəxəssislər bununla uşaqların daha çox kəlimələrə məruz qaldığını və söz ehtiyatının artırdığını bildirirlər. Həmçinin mahnılarında burada önəmli rolu vardır.

Övladınızla göz təması quraraq, birlikdə mahnılar oxuyun.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü