Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
808
09.07.2020, 13:07
COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda hökumətin ciddi nəzarəti altında hərtərəfli tədbirlər davam etdirilir. Azərbaycan Tibb Universitetinin (ATU) 2 klinikası da ilk gündən bu mübarizəyə qoşulub. Bu müddət ərzində ATU-nun Tədris Cərrahiyyə klinikasının tibb personalı arasında da COVID-19-a yoluxanlar olub. İndiyədək klinikanın heyəti arasında 33 nəfər virusa yoluxub ki, onlardan biri də Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.
Bu barədə APA-ya ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.
O qeyd edib ki, Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib. C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib. Və indi Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır.
19:28 / 17 Noyabr 2026
25
19:21 / 17 Noyabr 2026
36
19:14 / 17 Noyabr 2026
59
19:09 / 17 Noyabr 2026
64
19:06 / 17 Noyabr 2026
147
18:57 / 17 Noyabr 2026
87
18:55 / 17 Noyabr 2026
83
18:50 / 17 Noyabr 2026
83
18:40 / 17 Noyabr 2026
329
18:38 / 17 Noyabr 2026
83
18:28 / 17 Noyabr 2026
86
18:21 / 17 Noyabr 2026
94
17:59 / 17 Noyabr 2026
100
17:49 / 17 Noyabr 2026
94
16:51 / 17 Noyabr 2026
115
16:34 / 17 Noyabr 2026
125
16:29 / 17 Noyabr 2026
116
16:21 / 17 Noyabr 2026
138
16:12 / 17 Noyabr 2026
120
15:57 / 17 Noyabr 2026
155
15:43 / 17 Noyabr 2026
171
15:12 / 17 Noyabr 2026
148
15:07 / 17 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.