Həkimdən qadınlara xəbərdarlıq (18+)
14 May 2026, 21:14
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
778
07.07.2020, 22:38
Yay aylarında isti havada günvurma və istivurma halları artır. Günvurma çox ciddi pozulma sayılır. Günvurma hətta insanın ölümünə səbəb ola bilər.
İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər.
Saglamolun.az bildirir ki, yaşlı insanlar, ürək-damar sistemi, şəkərli diabet xəstələri, artıq çəkisi olanlar, kiçik yaşlı uşaqlar üçün günvurma xüsusilə təhlükəlidir.
Günvurmanın əsas simptomları arasında:
- zəiflik
- başgicəllənmə
- güclü baş ağrıları
- qulaqlarda küy
- nəfəsalmanın tezləşməsi
- nəbzin tezləşməsi
- üşütmə
- ürəkbulanması və qusma
- hərarətin 400C və ya daha artıq yüksəlməsi
- ağır hallarda qıcolmalar və huşun itirilməsi.
Bəzi hallarda bu əlamətlər insan günün altında olduqda, bəzi hallarda isə bir neçə saat sonra evə gəldikdə baş verir.
Günvurmanın ilkin əlamətlərini qeyd edən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, sıxan paltarları (kəmər, qalstuk və s.) çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).
Dərhal “təcili yardım” çağırın!
Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) soyuq su ilə kompresslər və ya buz qoyun.
Günvurmanın qarşısını almaq üçün:
- günün altında olduqda baş örtüyündən istifadə edin
- kifayət qədər maye qəbul edin
- günün ən qızmar vaxtında (təxminən 11.00-17.00) açıq günün altında qalmayın.
Diqqət! Çimərlikdə olduğu zaman heç bir halda alkoqollu içkiləri qəbul etməyin! Alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozduğu üçün bu istivurmanın səbəbi ola bilər.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.