Dünya miqyasında 1 milyondan çox insana yoluxan, on minlərlə insanın həyatına son qoyan koronavirus, əlbəttə, bütün həyatı alt-üst etdi. İnsanların ən çox maraqlandığı mövzular arasında pandemiyadan sonra həyatın hansı axarda davam edəcəyi, gündəlik axının bundan necə bir pay götürəcəyidir.
Oxu24.com Publika.az -a istinadən xəbər verir ki, koronavirusdan sonra dünyanın gələcəyi ilə bağlı suallar futuristlərə ünvanlanıb. Onların proqnoz və gözləntiləri belədir:
“Həyatın artan sürəti ilə bir çox insan bacara bilməyəcək”
50 il əvvəl dünyanın ən öndə gedən futuristlərindən Alvin və Haydi Toffler həyatın artan sürətindən bəhs etdikləri "Future Shock" (Gələcəyin Şoku) adlı kitabı yayımladı. Tofflerlər bu sürətə bir çox insanın uyğunlaşa bilməyəcəyini və buna görə ictimai və fərdi şok yaşanacağını həmin kitabda yazmışdı.
Özünü gələcəyə fokuslu strateji konsaltinq şirkəti kimi təqdim edən “Toffler Associates”in baş icraçı direktoru Mariya Bosvell sözügedən şoku necə geridə qoyacağımızın uyğunlaşma istedadımızdan asılı olduğunu və yaşananları yüngül qəbul etməyə çalışmağın kifayət etməyəcəyini söyləyir.
“Yeni normalarla qarşılaşacağıq”
Bosvell bu gün yaşanan dəyişikliklərin nə qədərinin daimi, nə qədərinin keçmişdəki vəziyyətinə geri qayıda biləcəyini bilməyin mümkünsüzə yaxın olduğunu bildirir. O, sadəcə 3 həftəyə yaxındır ki, karantində olmağımıza rəğmən, dəyişikliklərə necə uyğunlaşdığımıza diqqət çəkir: “Böhrandan sonra yeni bir “normal” ilə qarşılaşacağıq. Ancaq bu, bəzilərinin proqnozlaşdırdığı kimi nəhəng miqyasda olmayacaq. Lakin insanlar dəyişikliklərə hazır olmalıdır”.
“Qaçacaq yerimiz yoxdur”
İngilis astronom Sir Martin Ris özünü pandemiyalar mövzusunda “fəlakət dəllalı” elan edən bir elm adamıdır. Ris mövzu ilə bağlı mövqeyini belə açıqlayır: “Pessimistliyin təməlində bu cür hadisələrin yenidən gerçəkləşə billəcəyi, buna “pis aktyorların” səbəb olacağı və daha çox pessimist, yoluxucu dəyişiklik saçacağı fikri yatır. Bu, suçiçəyi və ya qrip xəstəliyi ilə ola bilər. Nə isə ki, yeni virus daha qarışıqdır, ancaq ehtimal ki, onu da hekləməyimiz an məsələsidir.
Risin son futurist işi 2018-ci ildə yayımlanan "On the Future" (Gələcək Haqqında) kitabıdır. Burada az da olsa, pandemiya və bu çərçivədə ictimai qopmalar, bir-biri ilə əlaqəli dünyada iqtisadi çöküşdən qaçacaq bir yer olmamasından bəhs edilir.
“Götürəcəyimiz dərslər var”
Ris pandemiyadan götürüləcək dərslərlə bağlı “optimist ssenarilərdən biri bir dəfəyə məxsus olay olmaması, müqavimətli olmayan, uzun tədarük zəncirlərinə bel bağlamamağımızın vacibliyini bildirir. Bu cür hadisələrə qalib gələ bilmək üçün boş potensiala, insanlara və cihazlara sərmayə qoymamaq lazımdır. Ancaq bu, çox da ehtimal olunmur. Alacağımız ikinci dərs isə şəhərdə işləyənlərin hər gün evlə iş arasında “1-2 keyfsiz” saat keçirməsinin lazım olmadığını öyrənməyimizdir.
“Evdən işləmək davam etməlidir"
Koronavirus böhranında ilk gördüyümüz tədbir evdən işləmək oldu. Araşdırmalarını Berlin-Brandenburq Təbiət və Humanitar Elmlər Akademiyasında aparan İzabella Hermann elmi-fantasikanın sosio-mədəni və texnoloji təsirləri üzərində işlər görür. Hermann bəzi qurumların işçilərini evdə işləmək məcburiyyətində olmaqdan qorumağa çalışa biləcəyini söyləyir: “Bunun altında yatan məna çox qəribədir. Yəni işin həyatınızın bir parçası və ya görməkdən xoşlandığınız bir şey olmadığı, əksinə, hər gün 8 saat görmək məcburiyyətində olduğunuz bir şey olduğu fikri. Həyatın da yalnız bundan sonra başladığı”.
“Rəqəmsallaşma sürətlənəcək”
Konnektikut Universitetində Süni İntellekt, Zehin və Toplum Qrupunun direktoru olan Syuzan Şnayder isə pandemiyanın onlayn işləyə bilməyimizin mümkün olması üçün lazımi infrastrukturu təkmilləşdirmə prosesini sürətləndirəcəyini bildirir.
Sürətli şəbəkə bu gün 5G texnologiyası sayəsində mümkündür. Bəs texnologiya hər şeyin həllidirmi?
Video-konfrans texnologiyasına nəzər salaq. İstifadəsi rahat olsa da, insanlararası əlaqələrin əhəmiyyətli ünsürlərindən olan bədən dilini, baş və çiyinlərdən başqa heç nəyi göstərməyi bacarmır. Bütün səslər normal gəlir, mikrofonlar açılıb-bağlanır, təşvişli və hirsli əl jestləri iş yoldaşlarımıza göstərilmir. Syuzan Şnayder kommunikasiyanın insani səviyyəsini itirəcəyimizdən qorxur: “Pandemiyadan sonra dünyada şirkətlərin insan əməyindən daha az istifadə etməsi və insan işçilərin yerini avtomatlaşdırma və süni intellektin tutmasından qorxuram. Kompüter və robotlar xəstələnmirlər...”
“İstehlakda köklü dəyişikliklər gözlənilmir”
Bəs sıfırdan başlamaq mümkündürmü? Sırf alış-veriş vərdişlərimiz üçün belə darıxarkən mədəniyyətlərin hamısını dəyişdirmək mümkün ola bilərmi?
İsabella Hermann belə deyir: “İqlim aktivistlərinin ümid etdiyi kimi, istehlak vərdişlərimizdə dəyişiklik olmayacaq. Bu, ancaq sistem dəyişdiyi təqdirdə mümkün ola bilər. İndi gördüyümüz iş isə nə olursa-olsun, sistemi ayaqları üzərində saxlamaqdır. Heç bir şey gələcəyi proqnozlaşdırmaqdan daha çətin deyil. Hər cür trend və bilgini analiz edib növ-növ ssenarilər inşa edə bilərik, amma gələcək xətti dəqiq deyil”.
Oxu24.com
ŞƏRHLƏR