Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI
18 Noyabr 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
967
27.04.2020, 13:11
“Niderlandda təxminən 12-13 min azərbaycanlı yaşayır. Çox az sayda soydaşımız koronavirusa yoluxub. Yoluxanların cəmi 2-si azərbaycanlı ailəsidir ki, onlar da xanımlardır”.
BAKU.WS xəbər verir ki, bunu Modern.az-a Belçika-Niderland Koordinasiya Şurasının əlaqələndiricisi, “EuroAzNL” cəmiyyətinin sədri Emil Əliyev azərbaycanlıların vəziyyəti barədə danışarkən deyib.
Emil Əliyev bildirib ki, xanımlardan birinin ailəsində yoluxma müşahidə olunsa da, digərində belə hal baş verməyib:
“Sevindirici haldır ki, xanımlardan biri virusa yoluxsa da, özünü təcrid edə bilib və ailə üzvlərindən kimsə yoluxmayıb. Digər soydaşımız isə tibb işçisidir. Ancaq onun uşaqlarında da virus aşkarlanıb. Şükürlər olsun ki, soydaşlarımızın vəziyyəti yaxşılığa doğru gedir və xəstəliyin simptomları yavaş-yavaş yox olur. Xəstəliyə tutulan soydaşlarımız orta yaşlı xanımlardır”.
Diaspor sədri Niderlanddakı vəziyyətdən də söz açıb:
“Son bir həftədə Niderlandda gündəlik yoluxanların sayı azalıb. Əvvəllər günə 1000 nəfər düşürdüsə, son günlər 600-700 arası yoluxma olur. Bu da onun nəticəsidir ki, insanlar özünü izolyasiya edir. Ancaq burada yaşayan insanlar tibbi maska taxmır. Bu da dövlət tərəfindən qoyulan qaydadır ki, ancaq xəstə olan insanlar maska taxa bilər.
Eyni zamanda, xəstələrin evdən çölə çıxmaması barədə göstəriş var. Əks halda, yüksək cərimələnirlər. Məsafə saxlamayan insanlar isə 400 avro cərimə olunur”.
13:09 / 19 Noyabr 2026
11
12:56 / 19 Noyabr 2026
63
12:45 / 19 Noyabr 2026
47
12:41 / 19 Noyabr 2026
81
12:27 / 19 Noyabr 2026
52
12:13 / 19 Noyabr 2026
73
12:07 / 19 Noyabr 2026
80
11:57 / 19 Noyabr 2026
83
11:45 / 19 Noyabr 2026
89
11:30 / 19 Noyabr 2026
113
11:15 / 19 Noyabr 2026
92
11:10 / 19 Noyabr 2026
91
11:05 / 19 Noyabr 2026
98
11:00 / 19 Noyabr 2026
110
11:00 / 19 Noyabr 2026
115
10:55 / 19 Noyabr 2026
105
10:47 / 19 Noyabr 2026
102
10:32 / 19 Noyabr 2026
422
10:21 / 19 Noyabr 2026
315
10:19 / 19 Noyabr 2026
413
10:11 / 19 Noyabr 2026
110
10:07 / 19 Noyabr 2026
141
09:58 / 19 Noyabr 2026
861
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.