Göz qarşısında uçuşan qara nöqtələr hansı xəstəliyin əlaməti ola bilər?
20 Noyabr 2026, 15:48
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
534
03.03.2020, 10:32
“Hazırda koronavirus olan 3 xəstəmiz var. Onların vəziyyəti stabildir, müşahidə altında saxlanılırlar”.
Oxu24.com AzTv-yə istinadla xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva “Əsas məsələ” verilişində deyib.
Şöbə müdiri bildirib ki, hələ yanvarın 30-dan etibarən koronavirus infeksiyasının qarşısının alınması üçün profilaktik tədbirlər planı olub: “Bu plan Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi.
Plana uyğun olaraq bütün aidiyyəti qurumlara, o cümlədən də TƏBİB-ə tapşırıqlar verilmişdi. Ölkəmizdə virusa yoluxma qeydə alınmamışdan qabaq infeksiya sərhədlərimizə yaxınlaşdığı zaman Nazirlər Kabineti yanında qərargah yaradıldı, tədbirlər intensivləşdirildi”.
TƏBİB rəsmisi söyləyib ki, hələ yanvar ayında Azərbaycanın Çindəki səfirliyi tərəfindən rəsmi sənəd göndərilib:
“O sənəddə Çin Xalq Respublikasında bu xəstəliyin yayılması zamanı müşahidə olunan bütün xüsusiyyətlər qeyd olunmuşdu. Çünki bu, yeni bir virusdur. Oradakı həkimlər virusun patogenizi, klinik xüsusiyyətləri və müalicədə istifadə olunan dərman preparatları haqqında məlumat vermişdilər. Onun əsasında da biz o vaxt artıq plan tərtib etmişdik.
Qeyd etmək istəyirəm ki, bu xəstəliyin əsas müalicəsi dəstəkvericidir. Çünki infeksiyanın hələlik xüsusi peyvəndi və dərmanı yoxdur. Digər kəskin resperator infeksiyalar kimi dəstəkverici terapiya ilə müalicə aparılır. Hətta məlumatlar var ki, heç bir müalicə olmadan, yüngül formada koronavirusdan yaxa qurtarmaq olur”.
15:35 / 20 Noyabr 2026
26
15:25 / 20 Noyabr 2026
47
15:23 / 20 Noyabr 2026
55
15:19 / 20 Noyabr 2026
77
15:15 / 20 Noyabr 2026
69
15:07 / 20 Noyabr 2026
67
15:00 / 20 Noyabr 2026
94
14:54 / 20 Noyabr 2026
71
14:40 / 20 Noyabr 2026
705
14:34 / 20 Noyabr 2026
100
14:25 / 20 Noyabr 2026
96
14:10 / 20 Noyabr 2026
104
14:06 / 20 Noyabr 2026
112
14:05 / 20 Noyabr 2026
180
14:00 / 20 Noyabr 2026
94
13:59 / 20 Noyabr 2026
97
13:54 / 20 Noyabr 2026
100
13:41 / 20 Noyabr 2026
434
13:35 / 20 Noyabr 2026
101
13:27 / 20 Noyabr 2026
98
13:25 / 20 Noyabr 2026
134
13:17 / 20 Noyabr 2026
107
13:13 / 20 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.